[go: up one dir, main page]

Məzmuna keç

rast

Wiktionary saytından
  • azərbaycanca: rast [fars.]

Mənalar :

  1. Düz, müstəqim. _ Rast gəlmək – bax rastlaşmaq. Miraxur küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu ki.. M.F.Axundzadə. [Sultan:] Bu gün bazardan keçərkən, Quluya rast gəlib, əhvalını sual etdim. N.Nərimanov. Nurəddin meşə ilə iki saata qədər yol gedəndən sonra bir çaya rast gəldi. S.S.Axundov. Rast gətirmək – müvəffəq olmaq, düz gətirmək. [Xavər Kərimxana:] ..Sən nə bacarırdın, onu eləmisən. Allaha min şükür edirəm ki, məni sənə rast gətirdi. Mən başqa bir həyat istəmirəm!.. M.İbrahimov. Rast olmaq – bax rast gəlmək. Lütfəli qapıdan içəriyə girəndə Qurban ona rast oldu. İ.Musabəyov. Süfrə başında əyləşəndə dərviş dedi: – Sən ağılda adam heç mənə rast olmayıb. (Nağıl). Rastına gəlmək (çıxmaq) – qabağına çıxmaq, rast gəlmək. [Dərviş:] ...Hər kəs rastıma gəlir, hamısını yavaş-yavaş dinə soyumuş görürəm. C.Məmmədquluzadə. [Mərcan bəy:] Bir göyçək arvaddır, rastıma çıxıbdır, alıram. Ü.Hacıbəyov.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]