[go: up one dir, main page]

Məzmuna keç

piyada

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı piyada piyadalar
Yiyəlik halı piyadanın piyadaların
Yönlük halı piyadaya piyadalara
Təsirlik halı piyadanı piyadaları
Yerlik halı piyadada piyadalarda
Çıxışlıq halı piyadadan piyadalardan
  • azərbaycanca: piyada

Mənalar :

  1. Miniklə yox, öz ayaqları ilə gedən adam. Piyadalar üçün keçid. Küçədə piyadaların gediş-gəlişini tənzim etmək. – Sən atlısan, mən piyada; Öldürəcək bu qəm məni! Aşıq Ələsgər.
  2. (Hərb) Piyada hərəkət edən və döyüşən qoşun növü. Piyadada xidmət etmək. // is. Həmin qoşun növündə xidmət edən əsgər. İrəlidə piyadalar çarpışır. H.Nəzərli. Piyadalarımız Üçtəpəyə iki kilometr qalmış dayandı. Ə.Vəliyev.
  3. (Şahmat) Şahmat oyununda dəyərcə ən aşağı fiqur. Piyada ilə oyuna başlamaq. Piyadanı uduzmaq. – Şahmatda hər bir oyunçunun bir şahı, iki vəziri, iki topu, iki fili, iki atı və səkkiz piyadası olur.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]