Yönəldərək, istiqamətləndirərək bir yerdən keçib getməsinə, ya bir yerə keçməsinə kömək etmək, ya keçməyə məcbur etmək.
Taxmaq, geydirmək. Barmağa üzük keçirmək. Pəncərənin çərçivəsini keçirmək. İynəyə sap keçirmək. Çəkməni ayağına keçirmək. Yorğana üz keçirmək.
Başqa işə, xidmətə, yerə təyin etmək, qoymaq. Kiçik elmi işçi vəzifəsinə keçirmək. Ayrı işə keçirmək. Futbol komandasını “B” qrupuna keçirmək.
Maşının və s.-nin iş üsulunu, xarakterini dəyişdirmək. Zavodu yeni iş üsuluna keçirmək. Təsərrüfat hesabına keçirmək.
Həyata keçirmək, yerinə yetirmək, icra etmək. İclas keçirmək. Müsabiqə keçirmək. Hərbi manevr keçirmək.
Yazmaq, aid etmək, daxil etmək. Məbləği bir hesabdan başqa hesaba keçirmək. // Bir şeyi (mülkü, hüququ və s.) rəsmi yolla başqasına vermək, onun adına yazdırmaq.
Bir müddət bir yerdə yaşamaq, olmaq, qalmaq. Uşaqlığını kənddə keçirmək. Ömrünü fəhləlikdə keçirmək.
Qəbul etdirmək, təsdiq etdirmək; bir şeyin qəbuluna, təsdiqinə, tətbiqinə nail olmaq. Məsələni iclasdan keçirmək. Təklifi keçirmək. Layihəni keçirmək.
xüs. Keçiricilik (istilik, elektrik, səs və s.), keçirmə qabiliyyətinə malik olmaq. Metal istilik keçirir. İzolyatorlar elektrik keçirmir.
məc. Ötürmək, sovuşdurmaq. Rüstəm kişi Qara Kərəmoğlunun sözünü zarafatla keçirmək istədi. M.İbrahimov.
məc. Çəkmək, görmək, başına gəlmək. Xəstəlik keçirmək.
İsimlərlə yanaşı işlədilib, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: qılıncdan keçirmək, gözdən keçirmək, fikrindən keçirmək, nəzərdən keçirmək.
azərbaycanca: keçirmək [2]
Mənalar :
Söndürmək. İşığı keçirmək. Ocağı keçirmək. Tonqalı keçirmək.