azərbaycanca: guşə
Mənalar :
- Künc, bucaq. Otağın guşəsi. – Onlar uçuq toyuq hinini palçıqlayır və həyətin bir guşəsinə yapılmış təzəkləri qalağa yığırdılar. M.İbrahimov. [Səlim] başqa bir guşəyə yeridi. B.Bayramov. // Tin, künc. Binanın guşəsi. _ Guşə bağlamaq – iki divarın kəsişdiyi yeri hörmək, tini tikmək. Baş tərəfdəki guşə bağlayan ustanın oxumağı ayrı bir zövq verirdi. S.Rəhimov.
- Hissə, tərəf, cəhət. Axşam vaxtları Xansaraq şəhərinin məğrib tərəfi behiştin bir guşəsini yada salır. C.Məmmədquluzadə.
- Qələbəlik, izdihamlı yerdən uzaq olan sakit yer. [Molla İbrahimxəlil:] Məgər mən öz ixtiyarımla belə abadanlıqdan xaric, xəlvət guşəyə özümü çəkmişəm?. M.F.Axundzadə. [Rza:] Mən yavaşca evdən çıxıb Ulduzla həyətin xəlvət bir guşəsinə çəkilmişdim. M.İbrahimov.
- Böyük bir şeyin içində müəyyən məqsəd üçün ayrılmış xüsusi yer, hissə. Qəzetin tənqid guşəsi. – Bax, bu ikinci otaqdakı pərdəli guşələri görürsünüz, burada səs verəcəksiniz. Mir Cəlal.
- mus. Melodiyanın, nəğmənin ən təsirli hissəsi, dəsgahlarda bitkin və aydın melodik quruluşa malik vokal-instrumental epizod. Xanəndələr onun guşələrini əzbər edib məclislərdə oxuyurdular. Ə.Haqverdiyev. Muğam – hər guşəsi sirli, soraqlı; Yola bənzəyir. B.Vahabzadə. ◊ Qırmızı guşə – siyasi və mədəni maarif işləri üçün ayrılmış, kitab, plakat və s. ilə təchiz olunmuş otaq, yer. Zavodun qırmızı guşəsi.
Dünya xalqlarının dillərində
[redaktə]
Tərcümələr :
{{fullurl:Şablon:{{{3}}}|action=edit}}
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
Tərcümələr :