[go: up one dir, main page]

Məzmuna keç

geniş

Wiktionary saytından
  • azərbaycanca: geniş
  • Əski əlifba:

Mənalar :[1]https://web.archive.org/web/20160314081142/https://azerdict.com/izahli-luget/geni%C5%9F

    1. Eni çox olan, gen (dar əksi). Geniş alın. Geniş eyvan. Geniş küçə. Geniş arx.
    2. Sahə etibarilə çox böyük. Geniş tarla. Geniş çöllər. Geniş düzənlik. – Mil düzü, Mil düzü, geniş Mil düzü! Eşit ürəyimdən gələn bu sözü.. M.Müşfiq. Qarşısında ucsuzbucaqsız geniş bir çöl sərilmişdi. H.Nəzərli. [Ümid] hökumət evinin qabağındakı .. geniş meydanla Xəzərin sahilinə gəldi. B.Bayramov. // Məc. mənada. Kasıbın qapısı da ürəyi kimi geniş olardı. H.Sarabski. // məc. Ucsuz-bucaqsız, sonsuz, nəhayətsiz. Geniş üfüq. – Görürsən, bu geniş, bu böyük dünya; Hələ çoxlarının başına dardır. N.Rəfibəyli.
    3. Böyük, iri (addım haqqında). [Oğlan] geniş addımlarla təpəyə çıxdı. H.Nəzərli. Aydın geniş addımlarla səhiyyə məntəqəsində gəzişir, .. öz gələcək planlarını düşünüb nizama salmaq istəyirdi. H.Seyidbəyli.
    4. məc. Miqyası, qavrama dairəsi, ölçüsü böyük. Geniş ticarət. Geniş vəsait. Geniş imkanlar.
    5. məc. Hamını, yaxud çoxunu əhatə edən, hamıya yaxud çoxuna şamil olan; kütləvi. Geniş tamaşaçı kütləsi. Geniş müşavirə. Geniş seçki kampaniyası. Elmi şuranın geniş iclası. – Geniş oxucu kütləsi böyük satiriki “Molla Nəsrəddin” adı ilə tanımağa başladı. M.İbrahimov. // Hamı üçün, çoxları üçün olan. Geniş istehlak malları.
    6. məc. Azad, sərbəst, heç bir şeylə məhdudlaşdırılmayan. Geniş həyat.
    7. məc. Dərin, əsaslı, məhdudluqdan azad, ətraflı. Həyata geniş (z.) baxmaq. Sözü geniş mənada başa düşmək lazımdır. geniş-geniş
    8. zərf Geniş, geniş surətdə. Kərim baba iri sallaq dodaqlarını genişgeniş açaraq gözlərini daha da qıydı. A.Şaiq;
    9. sif. Geniş (çoxluq bildirir). Geniş-geniş tarlalar. Geniş-geniş meydanlar. – Bu nəğmələr dərin-dərin; Geniş-geniş ürəklərin; Səmimiyyət nəğməsidir. M.Müşfiq.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]

Sifət geniş (gag)- azərbaycanca:geniş (gag)