[go: up one dir, main page]

Məzmuna keç

dost

Wiktionary saytından
İsim Tək Cəm
Adlıq halı dost dostlar
Yiyəlik halı dostun dostların
Yönlük halı dosta dostlara
Təsirlik halı dostu dostları
Yerlik halı dostda dostlarda
Çıxışlıq halı dostdan dostlardan
  • azərbaycanca: dost

Mənalar :

  1. Birisi ilə dostluq münasibəti olan adam, yaxın yoldaş, arxadaş. Köhnə dost. Uşaqlıq dostu. – Hər şeyin təzəsi, dostun köhnəsi. (Ata. sözü). // Birinin yaxşılığını, xoşbəxtliyini istəyən, onu ürəkdən sevən (düşmən ziddi). [Yusif:] Heç bundan yaxşı şey olarmı ki, qəlbdən istədiyin dostdan məktub alasan! N.Nərimanov. Neçə yüz ildən sonra biz də o məqama çata bilərik ki, gözümüzü açıb dostumuzu və düşmənimizi tanıyaq? C.Məmmədquluzadə. _ Dost olmaq – aralarında dostluq münasibəti olmaq, ya yaratmaq, dostlaşmaq, arxadaş olmaq, yaxınlaşmaq. Mirzağa, gəncliyinə baxmayaraq, bu vaxtadək bir qız və ya qadınla dost və arxadaş olmamışdı. S.Hüseyn. [Dürrə:] Mən tanış olmağı və dost olmağı, qəriblərlə oturub-durmağı sevən bir qadınam. M.S.Ordubadi. [Nuriyyə:] Son kursda oxuyan Ayna adlı bakılı bir qızla dost olmuşduq. İ.Əfəndiyev. Dost tutmaq – özünə dost saymaq, sevmək, çox xoşlamaq. ..Şairlər bahar fəslini hamıdan artıq dost tuturlar. C.Məmmədquluzadə. [Təliə:] Vəliəhd, mənə inan, mən şeri də sevirəm, hətta şeri layiqi ilə oxuyanları da dost tuturam. M.S.Ordubadi.
  2. sif. mənasında. Dostluğa əsaslanan, bir-birinə qarşı xeyirxah olan. Dost ölkələr. Dost xalqlar. // Tərəfdar, müdafiəçi, havadar. – Sən həyat dostusan, ellər zinəti! İnsanlıq eşqidir köksündə yanan. S.Vurğun. // sif. Sevən, istəyən, əziz tutan.
  3. Adətən dosta, yaxın adama müraciət – dost! Əziz dost! – Gəlin, dostlar! Qələmdaşlar! Fərhad kimi külüng vuraq; Biz yaradaq dünyamızın qəhrəmanlıq dastanını! S.Vurğun. [Əhməd:] – Xoş gördük, köhnə dost, sənsən, gecə vaxtı haradan gəlirsən? İ.Şıxlı. Bir azdan sonra Lütfəli özü üçün bir rumka da araq töküb: – Sağ ol, dostum! – deyə içdi. İ.Musabəyov.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]

İsim dost (tk)- azərbaycanca:dost (tk)

İsim dost (crh)- azərbaycanca:dost (crh)