Aclıq hiss edən, yeməyə ehtiyacı olan (tox ziddi). Ac pişik. Ac (z.) qalmaq. – Ac qurd balasını yeyər. (Ata. sözü). Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör! M.Ə.Sabir. _ Ac qarın – ac, heç şey yeməmiş; məc. lüt, yoxsul, yurdsuz-yuvasız mənasında. Ac qoymaq – yemək verməmək, yeməksiz-içməksiz qoymaq; məc. gəlir mənbəyini kəsmək. Ac qurd məc. – son dərəcə ac, doymaq bilməyən, acgöz, qarınqulu. Ac saxlamaq – pis saxlamaq, lazımınca (doyunca) yemək verməmək. Acından öldürmək – tamamilə ac saxlamaq, heç yemək verməmək. Acından ölmək – son dərəcə yoxsulluq çəkmək, çox aclıq çəkmək nəticəsində ölmək; 2) məc. fövqəladə aclıq hiss etmək, yemək istəmək. // İs. mənasında. Acları yedirtmək. // Aclıq ifadə edən. Ac gözləri ilə ona baxdı.
məc. Son dərəcə yoxsul, kasıb, fağır, möhtac. Ac ölkə. Kəndlilərin çoxu ac idi.