Koreya dili (한국어, 조선어 Hangugeo, Chosŏnŏ) — koreyalıların dili və Koreya yarımadasında yerləşən hər iki dövlətin, yəni Koreya Xalq Demokratik Respublikasının və Koreya Respublikasının rəsmi dövlət dilidir. Bəzi mənbələrdə Altay dillərilə, digər mənbələrdə isə tunqus-mancuriya dilləri ilə genetik qohumluğu fərz edilir. Koreya dili tərkibcə altı dialektə bölünür: şimal-şərqi, şimal-qərbi, mərkəzi, cənub-şərqi, şərq-qərbi və, nəhayət, Çedcudo adasmda işlənən dialekt.
Yarımadanın cənub hissəsində yerləşən Koreya Respublikasının sərhəd qonşuları Çin, Yaponiya və Şimali Koreyadır. Sahəsi 100 032 kvadrat kilometr, əhalisi 50 milyondan çoxdur. Paytaxtı Seul şəhəridir.
Koreya Respublikası on altı inzibati dairədən ibarət prezident respublikasıdır. Hakimiyyət həm hüquqi, həm də faktiki baxımdan üç qol arasında – icraedici, məhkəmə və qanunverici hakimiyyətləri – bölünüb. Yerli hakimiyyət orqanları yarımmüstəqildirlər, onların da icraedici və qanunverici funksiyaları var. Yüksək həyat səviyyəsi ilə tanınan ölkələr sırasındadır. Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan bu ölkə "Böyük 20-lər" (G20) qrupunun üzvüdür.
Ölkə ərazisinin təxminən 80%-i sıra dağlardan və yaylalardan ibarətdir. Ölkənin şimal-şərqində orta yüksəkliyi 1000 m olan Kema yaylası yerləşir. Bu yaylanın şimalında ölkənin ən yüksək zirvəsi olan Pektu dağı (2774 m) yerləşir. Bu dağın zirvəsində vulkan mənşəli böyük bir göl vardır. Ölkənin ortasından şimaldan cənuba doğru Nanqim dağları uzanır. Bu dağlardan başlayaraq cənub-qərbə doğru istiqamətlənən Kanqnam, Myohyanq, Ancin və Myarak dağları bir-birinə qoşularaq sıra dağlar yaradır. Bu dağlar arasındakı geniş çay vadiləri Pyonqyanq və Çeryanq ovalıqları ilə birləşir.