öküz
Görünüş
İsim | Tək | Cəm |
---|---|---|
Adlıq halı | öküz | öküzlər |
Yiyəlik halı | öküzün | öküzlərin |
Yönlük halı | öküzə | öküzlərə |
Təsirlik halı | öküzü | öküzləri |
Yerlik halı | öküzdə | öküzlərdə |
Çıxışlıq halı | öküzdən | öküzlərdən |
- (Zoologiya, məməlilər) İş heyvanı kimi istifadə edilən buğa. Təpəl öküz. Öküzləri arabaya qoşmaq. – ..Kiçik çobanlar öküzlərə minib, malları evə sarı qovurdular. H.Nəzərli. Güneyləri şumlamaq üçün kotana öküz qoşurdular. B.Bayramov.
- məc. Çox yekə, nahamar, zorba adam haqqında. // məc. Qaba, kobud, qanmaz adam haqqında. ◊ Öküzün böyüyü pəyədədir zar. – işin çətini hələ daldadır, cəncəl hələ qurtarmayıb. [Sara bibi:] Hələ öküzün böyüyü pəyədədir. Qantəmir.
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
|