Zər
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Biz nifrəti əritmək, məhəbbətin adını ucaltmaq üçün yola çıxdıq, oğul! Ancaq zər qədrini zərgər bilər. Sözünü adamına görə söylə. Cahil qarşısında daş-qaşını çirkaba atma. İgid kordur, pisliyi görməz. Kardır, kəm sözü eşitməz. Laldır, hər ağzına gələni danışmaz. Bildiyini də hər yerdə ayaqlar altına sərməz. Yunus kimidir o, ürəyi məhəbbətə, qəlbi həqiqətə köklənib… Şeyx Ədabali
H
[redaktə]- Hünər — zər, hünərsiz — xar. Özbək atalar sözləri
T
[redaktə]- Torpaq deyər:-Sən mənə tər ver, mən sənə zər verim. Azərbaycan atalar sözləri/T
Z
[redaktə]- Zər deyəni zor deməz. Azərbaycan atalar sözləri/Z
- Zər ilə olan zor ilə olmaz. Azərbaycan atalar sözləri/Z
- Zər qədrini zərgər bilər. Azərbaycan atalar sözləri/Z
- Zər olan yerdə zərgər də olar. Azərbaycan atalar sözləri/Z
- Zəri də var, zoru da. Azərbaycan atalar sözləri/Z
- Zərlə gözəllik almaq olmaz. Azərbaycan atalar sözləri/Z
Mənbə
[redaktə]- Atalar sözləri, Bakı,2004