Xəsis
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axmağın əlinin altında ağıllı, gücsüzə tabe olan qüvvətli, xəsisə möhtac olan səxavətli yazıq sayılar. Qabusnamə
- Amerika xalqı üçün Yer kürəsinin ən zəngin dövlətlərindən biri olan hökumətimizin həm də yer üzündəki ən xəsis dövlətlərdən biri olduğuna inanmaq çox çətindir. Cimmi Karter
- Az şey verməyimiz xəsis olduğumuz demək deyil. Haiti atalar sozləri
B
[redaktə]- Bayağı, xəsis və hörmətsiz zənginlərin istedadları ayırd etmək üçün aydın ruhu yoxdur. Andre Mari Şenye
C
[redaktə]- Cavan qalmaq istəyirsənsə - xəsis olma. İndoneziya atalar sözləri
Ə
[redaktə]- Əliaçığın yeməyi şəfadır, xəsisin yeməyi xəstəlik. Məhəmməd peyğəmbər
- Ən varlı adam qənaətcil, ən yoxsul adam isə xəsis adamdır. Nikola Şamfor
- Əsl xəsis, salam verməkdə xəsislik edən kimsədir. İmam Hüseyn
F
[redaktə]- Fədakarlığa və mübarizəyə inamımın gücləndiyini hiss edirəm. Rahatlıq və şəxsi maraqların xəsis xırdalıqlarından yapışan varlığa nifrət edirəm. Düşünürəm ki, insan pisləşməyə başladığı, ömrünün ən parlaq anını işıqlandıran alovun zəiflədiyi yaşdan artıq yaşamamalıdır. Fidel Kastro
- Fikir bütün xəzinələrin açarıdır. O, bizə xəsis adamın bütün sevincini bəxş edir. Onore de Balzak
- Fil keçsin üstündən tapdalayaraq,
Xəsis adamlara əl açma ancaq.
Mərd olmaq yaxşıdır dünyada hər an,
Mərdlik ilə çatar arzuya insan. Xosrov və Şirin (Nizami)
G
[redaktə]- Göy xəsis olanda, adamlar da xəsisləşər. Tamil atalar sözləri
H
[redaktə]- Həzzi gücləndirmək məharəti ona qarşı xəsis olmaq bacarığından irəli gəlir. Jan Jak Russo
X
[redaktə]- Xəsis acgöz olar. Azərbaycan atalar sözləri/X
- Xəsis acgöz olar, kinli inadkar. Monqol atalar sözləri
- Xəsis acından ölər, varlı toxundan. Assuri atalar sözləri
- Xəsis adam kasıb yaşayır ki, öləndə varlı ölsün. Klod Adrian Helvetsi
- Xəsis adamla ünsiyyət saxlama. Ona ehtiyac olan kimi qaçacaq. [1] Herbert Spenser
- Xəsis ağlını qaçırmış bir kapitalistdir, kapitalist isə ağılı başında bir xəsis. Karl Marks
- Xəsis ancaq öləndə yaxşılıq edər. Sardiniya atalar sözləri
- Xəsis ata israfçı bir oğul dünyaya gətirir. Bask atalar sözləri
- Xəsis bazarda vicdanını da satar. Udmurt atalar sözləri
- Xəsis əkinçi heç vaxt zəngin olmayıb. Toskana atalar sözləri
- Xəsis havanı udanda da xəsislik edər. Azərbaycan atalar sözləri/X
- Xəsis həmişə ehtiyac içində yaşayır. Horatsi
- Xəsis ilə comərdin xərci birdir. Azərbaycan atalar sözləri/X
- Xəsis insan dünyada fəqirlər kimi yaşayar, axirətdə isə varlılar kimi sorğu-suala çəkilər. Əli
- Xəsis olmamaq – artıq zənginlik, bədxərc olmamaq – gəlir deməkdir. Mark Tulli Siseron
- Xəsis öz hesabına yeyər, səxavətli - özgəsinin. Ərəb atalar sözləri
- Xəsis öz sərvətinin ağası deyil, sərvət onun ağasıdır. Uilfred Bion
- Xəsis pulu bədxərc üçün yığar. Madaqaskar atalar sözləri
- Xəsis pulu gün işığı görməz. Litva atalar sözləri
- Xəsis pulunu sevgililərindən gizlədir. İraq atalar sözləri
- Xəsis üçün rahatlıq yoxdur, paxıl üçün sevinc yoxdur, padşahlar üçün sədaqət yoxdur, yalançı üçün mərhəmət yoxdur. İmam Rza
- Xəsis varlı, dilənçidən də kasıbdır. Rus atalar sözləri
- Xəsis yemək zamanı toyuğu hinə salar, pişiyi evdən qovar. Xaqani Şirvani
- Xəsis zalım olar. Azərbaycan atalar sözləri/X
- Xəsisdən alınan yumurtanın sarısı olmaz. Azərbaycan atalar sözləri/X
- Xəsisdən qışda buz almaq olmaz. Azərbaycan atalar sözləri/X
- Xəsisə zəhər versən, pulsuzdur deyə içər. Azərbaycan atalar sözləri/X
- Xəsisi sərvətlərlə, təkəbbürlünü ehtiramlarla, axmağı yaltaqlıqla, ağıllını isə düzgünlüklə cəlb etmək olar. Çanakya
- Xəsisin barmağından da qan çıxmaz. Udmurt atalar sözləri
- Xəsisin dostu olmaz. Azərbaycan atalar sözləri/X
- Xəsisin gümüşü onu basdıranda torpaqdan çıxar. Sədi
- Xəsisin qarnı doysa da, gözü ac olar. Azərbaycan atalar sözləri/X
- Xəsisin malı arvadın sonrakı ərinə qalar. Azərbaycan atalar sözləri/X
- Xəsisin malı öləndən sonra bəlli olar. Azərbaycan atalar sözləri/X
- Xəsisin ölməsi onun gördüyü yeganə xeyirxah işdir. Pyer Bomarşe
- Xəsisin söhbəti "yox"la qurtarar. Udmurt atalar sözləri
- Xəsisin yarasından qan da axmaz. Qırğız atalar sözləri
- Xəsisin yeganə yaxşı əməli onun vaxtsız ölümüdür. Bolqar atalar sözləri
- Xəsisin yuxusu gəlməz. Benqal atalar sözləri
- Xəsislə qənaətcil adam arasında böyük fərq var: qənaətcil öz gələcəyini təmin edir, xəsis isə özündən sonra gələnləri. Şervud Anderson
İ
[redaktə]- İnvestorlar yadda saxlamalıdırlar ki, həvəs və məsrəf onların düşmənləridir. Əgər onlar [bazarda] iştiraklarının vaxtını təyin etmək istəyirlərsə, başqaları acgözlük etdikdə qorxmalı və başqaları qorxduqda xəsis olmalıdırlar. Uorren Baffett
K
[redaktə]- Kasıb yetimlərə və ehtiyacı olanlara səxavətli olun. Rəbbimizin liberal olduğu adam xəsis olmamalıdır. Bir gün Cənnətdə bu həyatda özümüzə verdiyimiz qədər rahatlıq və sevinc tapacağıq. İqnati Loyola
- Kərəm olmaz müxənnəsdə, xəsisdə. Aşıq Ələsgər
Q
[redaktə]- Qəddar və zalım ağadan, xəsis, yaxşını-pisi bilməyən, nankor adamdan uzaq durmaq lazımdır. Çanakya
- Qənaətcil adam əbəs yerə pul xərcləmək istəmir, xəsis isə heç nəyə pul xərcləmək istəmir.[2] Jan Batist Sey
- Qızılın nə olduğunu məhək daşı, xəsisin kim olduğunu isə dilənçi bilir. Sədi Şirazi
N
[redaktə]- Nə mənfur adamın yardımından fayda olar, nə də xəsis adamın dostluğundan. Ərəb atalar sözləri
Ö
[redaktə]- Öz pulunla səxavətli ol, dövlətin puluna xəsis ol. Fyodor Uşakov
P
[redaktə]- Pulundan ən az istifadə edən xəsisin özüdür. Jan de Lafonten
S
[redaktə]- Sevgi qəlbin elə bir vəziyyətidir ki, hətta ən axırıncı xəsis də onun uğrunda hər şeyini verməyə hazırdır. Alla Puqaçova
- Sərvət xəsis adam üçün faydasızdır, çünki xəsis sərvətə yalnız keşik çəkməklə məşğul olur. Pol Anri Holbax
U
[redaktə]- Uğurlu oğurluq etmək üçün zirək və xəsis olmaq lazımdır. Xüsusi ilə də xəsislik daha çox zəruridir. Çünki, kiçik bir oğurluq üstündə işiniz məhkəməlik ola bilər. Saltıkov-Şedrin
- Unutmayın, demokratiya heç vaxt uzun sürmür. Tezliklə özünü israf edir, tükəndirir və öldürür. Hələ heç vaxt intihar etməyən demokratiya olmayıb. Demokratiyanın aristokratiya və ya monarxiyadan daha az boş, daha az qürurlu, daha az eqoist, daha az iddialı və ya daha az xəsis olduğunu söyləmək əbəsdir. Bu, əslində doğru deyil və tarixin heç bir yerində görünmür. Bu ehtiraslar bütün insanlarda, sadə hökumətin bütün formalarında eynidir və nəzarət edilmədikdə, saxtakarlıq, zorakılıq və qəddarlığın eyni nəticələrini yaradır. Con Adams
Ü
[redaktə]- Üçü son dərəcə dözülməzdir: qürurlu kasıb, bürokratik qoca və xəsis varlı. Talmud
V
[redaktə]- Varlı xəsis öz dəfni üçün qənaət edir. Makedoniya atalar sözləri