[go: up one dir, main page]

Məzmuna keç

Piyada



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


Piyada
  • Bağışla atını, sən get piyada,
    Şillələr yesən də mərd ol dünyada. Leyli və Məcnun (Nizami)
  • Başa düşürəm, oyunda piyada olduğunuz təəssüratı yarana bilər. Bəli, belə bir fikir ağla gələ bilər. Ancaq razılaşın ki, siz bəxti gətirən piyadalarsınız. Siz daha mövcud olmayan ab-havasınız. Bu dünyada hərdən belə şeylər olur. Nə etmək olar?! İnsanların fikirləri, hissləri gah bir tərəfə doğru hərəkət edir, gah o biri. Belə alındı ki, siz bu prosesin müəyyən bir vaxtında böyüdünüz. İşiquro Kazuo
  • Başqasının arabasına minən yolun yarısını piyada gedəcək. Bolqar atalar sözləri
  • Bu qədər ulaq ola-ola biz niyə piyada qalmışıq. Fars atalar sözləri
  • Futbol da müharibə kimi bir şeydir. Müxtəlif cəbhələrdə müxtəlif adamlar vuruşur. Əvvəlcə artileriya atəş açır, sonra piyadalar irəli gedir. Uzaq məsafədən zərbələr vurmaq bir milli komandanın keyfiyyətini göstərir. Futbolda toplar bu yandadır, piyadalar o yanda... Böyükağa Hacıyev
  • Soruşdular: "Atanı atlı öldürüb, yoxsa piyada?". Dedi: "İndi ki, ölüb, nə fərqi var: atlı öldürüb, yoxsa piyada". Kürd atalar sözləri