[go: up one dir, main page]

Məzmuna keç

Etibar



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Birisi sizə xoş gəlmək üçün başqasının sirlərini açırsa, həmin adama etibar etməyin. Oskar Uayld
  • Dostlar iki cür olur: birincisi sizi güldürənlərdir ki, onlara çox etibar etmək olmaz; ikincisi, sizi düşündürənlərdir ki, onların qədrini bilmək lazımdır. (Jan Batist Sey:Fransız iqtisadçısı)
  • Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək, habelə öz rəftarını da dəyişsin ki, məsəldir deyərlər: “Zəmanə sənə saz olmasa sən zəmanəyə saz olginən”. Pəs olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olsun. Bizim zəmanə dəyişilməyi, əlbəttə hər anlayan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməsi bizim ilə deyil. Həmçinin, biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. O kəslər ki, həmişə etibar edib bizim sözlərimizə əməl edirlər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər… Həsən bəy Zərdabi
  • Dünyanın bir neçə şeyinə etibar etmə: böyüklərlə yaxınlıq, göyçəklərin gözəlliyi, qadının vəfası, divanələrin lütfü, sərxoşların bəxşeyişi, ağılsızların inamı, uşaqların xoş səsi, dünya malına uymaq, düşmənlərin hiyləsinə aldanmaq. Mir Möhsün Nəvvab
  • Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə olan ölkədir.[1] Abdullah Gül
  • Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaşqabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevincşadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
  • İnam, etibar ruh kimidir, tərk etdiyi bədənə əsla geri dönməz. Uilyam Şekspir
  • Qaldıra bilmədiyim kompyuterə etibar etmirəm. Stiv Cobs
  • Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalnız ona etibar edir. Heydər Əliyev
  • Öz rəisində qüsur görməyən işçilərə etibar etməyin. U.Kollinz
  • Öz səhvlərini heç dostuna da etibar etmə. Baltazar Qrasian
  • Şərqdə məhəbbət adı altında komfort və təhlükəsiz həyat. Qərbdə isə azadlıq və etibar nəzərdə tutulur. Oşo (Çandra Mohan Racniş)
  • Tarix çox ciddi məsələ olduğundan onu yalnız tarixçilərə etibar etmək olmaz. Artur Makdonell
  • Uçurumun yalnız dərinliyinə aldanıb, öz eşqini ona etibar etmə! Rabindranat Taqor
  • Ümümi şəkildə baxanda insanlara etibar etmək düzgün deyil. Onlar sizə verdiyi sözü heç vaxt tutmazlar, əgər belə olsa o zaman sizində onlara qarşı heç bir öhdəliyiniz qalmaz. Nikkolo Makiavelli
  • Yəhudiyə etibar edəcəyinə ilana etibar et, yunana etibar edəcəyinə yəhudiyə etibar et, lakin heç vaxt erməniyə etibar etmə. Corc Oruell
  • Yüksək etibar- fırıldaqçı üçün birinci zəruriyyətdir. Aqata Kristi
  • Zəif düşmən tabe olursa, o bunu güclü olmaq xatirinə edir. Əgər dostların dostluğuna etibar yoxdursa, düşmənin yaltaqlığına necə etibar etmək olar? Kiçik düşmənə etinasız baxmaq xırda qığılcıma məhəl qoymamaq kimidir. Sədi Şirazi

İstinadlar

[redaktə]