[go: up one dir, main page]

Məzmuna keç

Duyğu



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Açıqca göstərilən nifrət, qisas alma duyğusunu yox edər. Seneka
  • Bədbəxtlikdən, boğulmuş duyğular ölmür. Onları susmağa məcbur ediblər və onlar daxildən insana təsir etməyi davam etdirirlər. Ziqmund Freyd
  • Din - yaşadığımız duyğular dünyasının bəzi bioloji və psixoloji ehtiyaclarımıza görə daxilimizdə yaratdığımız arzular aləmi vasitəsilə nəzarət altına alınması yolunda göstərilən cəhddir. Ancaq din son məqsədinə heç vaxt çatmır. Dini təlimlərdə yarandıqları dövrlərə, insan irqinin hələ tamamilə cahil olduğu uşaqlıq günlərinə aid izlər vardır. Onun verdiyi təskinlik və təsəllilərə qəti surətdə inanmaq lazım deyil. Təcrübələrimiz bizə dünyanın uşaq bağçası olmadığını öyrədir. Dinin söykənməyə çalışdığı əxlaqi buyruqlar dindən başqa dayaqların mövcudluğunu zəruri edir. Çünki insan cəmiyyətləri bəzi əxlaq qaydaları olmadan yaşaya bilmir; itaətkarlığı dini inanc və əxlaq qaydaları ilə əlaqələndirmək təhlükəlidir. İnsanın təkamül prosesində dinin yerini müəyyənləşdirməyə çalışan şəxs görəcəkdir ki, din o qədər də qədim tarixə malik deyildir və bu tarix sivilizasiyaya yiyələnmiş fərdin uşaqlıqdan yetkinliyə keçid prosesində məruz qaldığı nevrozlara paraleldir. Ziqmund Freyd
  • Dünyada heç bir şey insanı kin saxlama duyğusu qədər köhnəltməz. Fridrix Nitsşe
  • Duyğularımı şeirlərlə anlada bilmərəm, çünki şair deyiləm; özümü kölgə və işıqlarla ifadə edə bilmərəm, çünki rəssam deyiləm; düşüncələrimi hərəkətlərlə də ifadə edə bilmərəm, çünki rəqqas deyiləm. Lakin bunların hamısını musiqi ilə edə bilərəm. Volfqanq Amadey Motsart
  • Ən dərində yerləşən xəzinələr belə, bir qadının sevgisinə tutulmuş bir kişinin hiss etdiyi duyğu qədər dəyərli deyil. Tomas Midlton
  • Gözəllik duyğusu aşılamadan mükəmməl insan yetişdirmək olmaz. Rabindranat Taqor
  • Gözəllik duyğusu ənənəvi olaraq şairlər tərəfindən, mənəvi-əxlaqi duyğu – ruhanilər, həqiqət duyğusu – alimlər tərəfindən təcəssüm olunmuşdur. Bu üçünün eyniyyətindən çıxış edənlərə isə filosof deyilmişdir. Əbu Turxan
  • Gözəllik duyğusu təbiətin insanı yenidən öz ağuşuna almaq əzmidir. Əbu Turxan
  • Hərislik və tamah başlayan yerdə saf duyğular sona çatar. Onore de Balzak
  • Həyatın mənşəyində duyğular vardır, duyğulanmanın da təməli eşqdir.[1] Ziqmund Freyd
  • İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
  • Kütlənin duyğusu onun təxəyyülüdür. Bununla, istənilən vaxtda o sakitcə idarə edə bilər. Edqar Allan Po
  • Qadının həyatı sevgi,duyğu,dözüm və fədakarlıqdan yoğrulub. Onore de Balzak
  • Mən öz dinimi, öz ədəbiyyatımı, öz duyğularımı, kədər və iztirablarımı, dərdlərimi və ehtiyaclarımı düşündüyüm zaman, gerçəkdə özümü düşünürəm. Mənim fərdi deyil, ictimai və tarixi özüm bu mədəniyyətin doğulub ortaya çıxdığı qaynaqdır. Bu səbəbdən mədəniyyət mənim cəmiyyətimin, tarixin varlığı olan quruluşun təcəllisidir, əks olunmasıdır; lakin xüsusi şərtləri olan özünə xas tarixi dövrdə iştirak edən, fərqli mənşəyi olan, maddi, iqtisadi və ictimai quruluşun meydana gətirdiyi xüsusi dərdlərə, düşüncələrə, anlayış və meyllərə alışmış bir cəmiyyətdə bir sıra saxta taktikalar, o cəmiyyətin mədəniyyətini zehnindən silir. Sonra başqa bir zamana və tarixi dövrə, başqa bir iqtisadi sistemə, başqa sosial və siyasi bağlara aid olan mədəniyyəti mənim mədəniyyətimin yerinə yerləşdirir. Artıq mən özümü düşünmək istədiyim zaman, başqa bir cəmiyyətin mədəniyyətini öz mədəniyyətim olaraq düşünürəm, o zaman özümə aid olmayan dərdlərə həmsöhbət oluram. Mənim mədəni, fəlsəfi və ictimai həqiqətimlə uyğunlaşmayan problemlərdən ötəri fəryad edirəm. Nəticədə o cəmiyyətə və o cəmiyyətin sosial, iqtisadi, siyasi və tarixi şərtlərinə aid olan, lakin mənə aid olmayan ideallar və iztirablarla qarşılaşıram. O dərdləri, iztirab və idealları öz dərd, iztirab və ideallarım olaraq görməyə başlayıram. Əli Şəriəti
  • Məndə yumor duyğusu olmasa, çoxdan intihar edərdim. Mahatma Qandi
  • Musiqini sevdirən bir səbəb də onun insanı duyğu və xəyal aləminə aparmasıdır. Viktor Hüqo
  • Müqəddəslik duyğusu itən yerdə şər ağacı bitər. Əbu Turxan
  • Səssiz duyğular musiqinin köməyi ilə dil açıb danışır. Albrext Dürer
  • Şeir insan duyğularının zahirə təzahürünü təmin edən bir yoldur. İmmanuel Kant
  • Türklərin əsilzadəliyini göstərən digər hisslər, yəni ən kiçik yaxşılıqlara qarşı bəslədikləri minnətdarlıq və şürkranlıq duyğusu, ölənlərinə qarşı minnətdarlıq və şükranlıq duyğusu. Böyük nəzakətlə edilən qonaqpərvərlik adətləri, heyvanlara qarşı rəhmli olduqları faktını da danmaq olmaz. Edmondo de Amikis.
  • Yazıçı öz sinfinin gözü, qulağı və səsidir. O, bunu dərk etməyə bilər, ancaq o, həmişə və labüd olaraq sinfin orqanı, onun duyğu cihazıdır. Maksim Qorki

İstinadlar

[redaktə]
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015