Bataqlıq
Görünüş
Bataqlıq – Yer səthinin izafi rütubətlənərək tam çürüməmiş üzvi maddələrin toplandığı sahəsinə deyilir. Bataqlıq müxtəlif yolla-sututarlarda suyun azalması və quruması, yeraltı suların səthə çıxması, çay daşqınları nəticəsində quru sahələri su basması və s. yolla əmələ gəlir. Belə yerlərdə bataqlıq tipli torpaqəmələgəlmə prosesi gedir.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Axıb gedən bir bataqlığın içindəyik hamımız; amma, ulduzlara baxır bəzilərimiz. Oskar Uayld
B
[redaktə]- Bataqlıq balığını çay balığı ilə bir yerdə bişirməzlər. Xausa atalar sözləri
- Bataqlıq bəzən dərinlik təsəvvürü yaradır. Stanislav Eji Lets
- Bataqlıq şamı tayqa küknarıyla tay-tuş deyil.Fin atalar sözləri
- Bataqlıqda da dənizdə olduğu kimi məhv olmaq asandır. Lakin dənizdə ölmək bataqlıqda məhv olmaqdan yaxşıdır. Fyodor Dostoyevski
- Böyük balıq bataqlıqda olmaz. Yapon atalar sözləri
Ç
[redaktə]- Çömçəquyruq öz bataqlığında nəhəngdir, amma timsah - dənizdə. İndoneziya atalar sözləri
D
[redaktə]- Dəvə quraqlıqda gedər, amma bir də onu bataqlıqda gör. Özbək atalar sözləri
Ə
[redaktə]- Əsl sevgi çox incə bir şeydir. Onun alovu bataqlıq işığı kimi səyriyir və rəqs edərək əfsanəvi sevinc səltənətinə qovuşur. Teodor Drayzer
K
[redaktə]- Kokila manqo ağacından dupduru şəbnəmi içir, heç özünü öymür, qurbağa bataqlıq suyundan içir - vaqqıldayır. (Kokila - melodik səsi olan hind ququ quşu. Manqo dadlı meyvəsi olan ağac) Hind atalar sözləri
Q
[redaktə]- Qəm-qüssəli adam itirilmiş şəxsdir. Bədbəxtlik insanı bir bataqlıq kimi özünə tərəf çəkir, lakin bəziləri vəziyyəti aydınlaşdırmaq yerinə ümidsizliyə düçar olur və oradan çıxmaq istəmir. Lev Landau
- Qurbağa nə qədər tullana, bataqlıqdan uzağa getməyəcək. Monqol atalar sözləri
S
[redaktə]- Sənin balını yeyir, arxanca da deyir: "Güclə uddum, Borapet meyvəsi kimidir". (Borapet - çox acı meyvədir, Borapet bataqlığının adından götürülüb, orada çox bitir). Tai atalar sözləri
T
[redaktə]- Tənbəl insan iyrənc, üfunətli və hərəkətsiz bataqlıq suyuna oxşayır. Mixail Lomonosov
Ü
[redaktə]- Üç yüz illik bataqlıqda içməli su axtarma. Ləzgi atalar sözləri
Y
[redaktə]- Yerə də enəndə yalnız məhəbbətin qanadlarında enmək olar. Qanadlar səni bataqlığa düşməkdən qoruyar. Əbu Turxan