[go: up one dir, main page]

Məzmuna keç

Alov



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Dövlət od-alov kimi bir şeydir: çox yaxın dursan yanarsan, çox uzaqlaşsan donarsan. Ezop
  • Eh­ti­ras­dan bö­yük alov yox­du; nif­rət­dən bö­yük dərd yox­du; bə­dən­dən bö­yük bəd­bəxt­lik yox­du; sa­kit­lik­dən bö­yük xoş­bəxt­lik yox­dur. Dham­ma­pa­da
  • Əvvəl məhəbbət, sonra nikah: əvvəl alov, sonra tüstü. Nikola Şamfor
  • Gənclər güclü alov, qocalar isə yanıb qurtararaq özü-özünə sönən tonqal kimi ölürlər. Mark Tulli Siseron
  • Qəlb şüşə çırağa oxşayır, bilik alov saçan işıqdır, Allahın müdrikliyi- yağdır. Əgər çıraq yanırsa, sən sağsan, sönübsə ölüsən.[1]İbn Sina
  • Mən siqaret çəkmirəm, lakin hər zaman kibrit qutusunu cibimdə daşıyıram. Nə vaxt günah etsəm, bir kibrit yandırıb əlimi onun oduna yaxınlaşdıraram və öz-özümə deyərəm: "Əli, sən bu kiçik oda dözə bilmirsən, Cəhənnəm alovuna necə dözəcəksən..?” Məhəmməd Əli
  • Paxıllıqdan çəkinin, paxıllıq yaxşı işləri, alov odunu udan kimi udur. Məhəmməd
  • Sevgi alov kimidir, sakitlik bilmir; o, yalnız ümidi itirdikdə və qorxmadıqda yaşaması dayanır. Fransua de Laroşfuko
  • Sevgi, misi qızıl, yoxsulluğu sərvət, alov qığılcımlarını isə mirvari kimi görən eynək taxır. Miqel de Servantes
  • Sivilizasiyanın yayılmasını odla müqayisə etmək olar. Bu, əvvəlcə zəif bir qığılcım, sonra sayrışan bir od, daha sonra isə sürətli və güclü bir alov. Nikola Tesla

Həmçinin bax

[redaktə]

İstinadlar

[redaktə]
  1. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014