Ziqen
Ziqen | |||||
---|---|---|---|---|---|
Siegen | |||||
|
|||||
50°52′32″ şm. e. 8°01′00″ ş. u.HGYO | |||||
Ölkə | Almaniya | ||||
Torpaq (Almaniya) | Şimali Reyn-Vestfaliya | ||||
Rayon | Ziqen-Vittgenştayn rayonu | ||||
Daxili bölgüsü | 23 şəhər rayonundan ibarət 6 şəhər dairəsi | ||||
Başçı | Şteffen Myus (XDİ) | ||||
Tarixi və coğrafiyası | |||||
Sahəsi | 114,67 km² | ||||
Mərkəzin hündürlüyü | 216 — 499 m | ||||
Saat qurşağı | UTC+01:00 | ||||
Əhalisi | |||||
Əhalisi | 103 555 nəfər (2010) | ||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +49 271 | ||||
Poçt indeksi | 57001-57080 | ||||
Nəqliyyat kodu | SI | ||||
Digər | |||||
siegen.de (alm.) | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Ziqen (alm. Siegen) — Almaniya şəhəri, Şimali Reyn-Vestfaliya torpağına aid edilir. Arnsberq inzibati dairəsinə aid olan Ziqen-Vittgenştayn rayonunun mərkəzi. Əhalisi 103 555 nəfərdir. Şəhərin ərazisindən Ziq çayı axır. Zigerland filiz rayonunun mərkəzi. Barokko dövrünün məşhur rəssamı Piter Paul Rubensin doğum yeri.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Coğrafi mövqeyi
[redaktə | mənbəni redaktə et]Ziqenə yaxın iri şəhərlər arasında Hagen (65 km), Frankfurt-Mayn (120 km), Koblens (65 km) və Köln (75 km) var.
İqlimi
[redaktə | mənbəni redaktə et]Ziqenin hündürlükdə yerləşməsi onun iqliminə çox təsir göstərir. İl ərzində orta hesabla 1160,8 mm yağıntı düşür. Beləliklə, yağıntının miqdarına görə Ziqen Almaniyanın iri şəhərlərinin arasında Vuppertaldan sonra ikinci yeri tutur. Ən nəmli ay dekabr (137,5 mm yağıntı), ən quru isə apreldi (80,3 mm yağıntı).
Orta illik temperatur 8,6 °C təşkil edir. Ən isti ay iyul (17,1 °C), ən soyuq isə yanvardı (0,5 °C)[1].
Siyasət
[redaktə | mənbəni redaktə et]Gerbi
[redaktə | mənbəni redaktə et]Şəhərin gerbində gümüş meydanda olan qapı ilə dişli divar əks olunub, qapının ətrafında alçaq itiuclu qalalar var. Qapının üstündə riza adlanan mavi xələt, mavi mitre və gümüşlü örtükdə yepiskop təsvir olunub, onun sağ əlində gümüşlü əsa, sol əlində isə açıq kitab var.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Ausgabe der Klimadaten - Mittelwerte bezogen auf den aktuellen Standort Arxivləşdirilib 2013-12-22 at the Wayback Machine(DE). Deutscher Wetterdienst. 19 fevral 2012-ci il