47°48′00″ şm. e. 13°02′42″ ş. u.HGYO

Zalsburq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər
Zalsburq
Salzburg
Bayraq Gerb
Bayraq Gerb
47°48′00″ şm. e. 13°02′42″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 65,65 km² (1 yanvar 2018)[2]
Mərkəzin hündürlüyü 424 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 155.021 nəf. (1 yanvar 2020)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu +43 662
Poçt indeksi 5020, 5023, 5026, 5061, 5071, 5081, 5082
Nəqliyyat kodu S
Digər
stadt-salzburg.at
Xəritəni göstər/gizlə
Zalsburq xəritədə
Zalsburq
Zalsburq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zalsburq (alm. Salzburg‎, bav. Såizburg, mənası — «duz qalası») — Avstriya şəhəri. Vyanadan cəmi dörd saatlıq məsafədə Zalsburqland diyarının möcüzəli paytaxtı yerləşir. Alp mənzərəsi ilə klassik memarlığın bənzərsiz vəhdəti onu digər turizm bölgələrindən ecazkarlığına görə fərqləndirir. Bu şəhərdə musiqi evi, Mosart muzeyi, görkəmli musiqiçilərin abidələri- hər bir şey bəstəkarlarla, o cümlədən musiqi ilə bağlıdır. Buna görə də, bu şəhər klassik musiqi heyranlarının şəhəri hesab edilir.

Qədim ərazidə çayın sol sahilidə Zalsburq şəhərindən 119 m yüksəklikdə, əsası 1077-ci ildə qoyulan XoenZalsburq qalasının möhtəşəm divarları ucalır.

Kafedral Kilsə - qədim şəhərin mərkəzində, Kafedral kilsənin əzəmətli silueti-Zalsburq arxiyepiskoplarının məqbərəsi yerləşir.

Onunu tarixi bu yerlərdə ilk kilsə ucaldılan dövrdən -VIII əsrdən başlayır.

Mosartın anadan olduğu Ev - Zalsburqda Getreidegasse küçəsində, dahi bəstəkarın anadan olduğu Ev № 9, Marktplatz meydanında isə Mosartın ailəsinin 1773-cü ildən 1780-ci ilə qədər yaşadıqları bina qorunub saxlanılır.

Zalsburqun mərkəzi meydanlarının birində - Residenz Platz – da Zalsburq arxiyepiskoplarınn girişində gözəl “Musiqi sədaları” fontanı olan keçid iqamətgahı qorunub saxlanılmışdır.

1120-ci ildə inşa edilmiş köhnə iqamətgah binasının əvəvzinə yenisinin tikilişi 1600-1619 –cu illər ərzində aparılmışdır.

Mirabel Sarayı heyranedici terraslı bağla, mərmər heykəl və fontanla, canlı hasar və fantastik çiçək kompozisiyası ilə əhatə olunmuşdur.

Volfqanq Amadey Motsart

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]