Yoşihide Suqa
Bu məqalə qaralama halındadır. |
Yoşihide Suqa | |
---|---|
yap. 菅 義偉 | |
| |
Yaponiya Nümayəndələr Palatasının üzvü[d] | |
Vəzifədədir | |
22 oktyabr 2017-ci ildən | |
16 sentyabr 2020 – 4 oktyabr 2021 | |
Əvvəlki | Şinzo Abe |
Sonrakı | Fumio Kisida |
Yaponiya Nazirlər Kabinetinin sədri[d] | |
26 dekabr 2012 – 16 sentyabr 2020 | |
Əvvəlki | Osamu Fucimura[d] |
Sonrakı | Katsunobu Kato[d] |
Yaponiyanın daxili işlər və kommunikasiya naziri[d] | |
26 sentyabr 2006 – 27 avqust 2007 | |
Əvvəlki | Heidzo Takenaka[d] |
Sonrakı | Hiroya Masuda[d] |
Yaponiya Liberal-Demokratlar Partiyasının sədri[d] | |
14 sentyabr 2020 – 29 sentyabr 2021 | |
Əvvəlki | Şinzo Abe |
Sonrakı | Fumio Kisida |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 dekabr 1948 (75 yaş) |
Doğum yeri |
|
Partiya | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
sugayoshihide.gr.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Yoşihide Suqa (yap. 菅 義偉; 6 dekabr 1948, Akinomiya[d], Akita prefekturası) — Yaponiya dövlət xadimi və siyasətçisi. 16 sentyabr 2020-ci il tarixindən Yaponiyanın baş naziridir. 14 sentyabr 2020-ci ildən bəri Yaponiya Liberal Demokrat Partiyasının sədri vəzifəsini yerinə yetirir.
Yaponiya Nazirlər Kabinetinin baş katibi olmuşdur (2012-2020).
Həyatı
[redaktə | mənbəni redaktə et]Yoşihide Suqa Akita əyalətinin kənd bölgəsi olan Oqaçidə (indiki Yuzava) çiyələk yetişdirən ailəsində anadan olub və Yuzava Liseyini bitirdikdən sonra Yaponiyanın paytaxtı Tokioya köçüb. 1973-cü ildə Hosey Universitetində hüquq dərəcəsi almaq üçün gecə məktəbində oxumuşdur. On bir il parlament üzvünə köməkçi, daha sonra 1984-cü ildə Xarici Ticarət və Sənaye Nazirliyində çalışıb, bundan sonra Yokohama Şəhər Şurasının üzvü olub.
İlk dəfə 1996-cı ildə Liberal Demokrat Partiyasının siyahısı ilə Yaponiya parlamentinə seçilmişdir. Əvvəlcə Keyzo Obuçi fraksiyasının üzvü olan, 1998-ci ildə Ryutaro Haşimotonun istefasından sonra Obuçinin partiya lideri seçkilərinə namizədliyini dəstəkləməkdən imtina etdikdən sonra fraksiyadan ayrıldı.
Şinzo Abenin ilk kabinetində, 2006-cı ilin sentyabrından 2007-ci ilin avqustuna qədər Daxili İşlər və Kommunikasiya naziri vəzifəsində çalışdı.
2012-2020-ci ilədək Yaponiya Nazirlər Kabinetinin baş katibi.
14 sentyabr 2020-ci ildə Yaponiya Liberal Demokrat Partiyasının sədri vəzifəsinə seçildi. 16 sentyabr 2020-ci il tarixində parlament tərəfindən ölkənin baş naziri olaraq təsdiq edilmişdir
Tənqid
[redaktə | mənbəni redaktə et]Məşhur müğənni Masaharu Fukuyama ilə aktrisa Kazue Fukişinin ailə qurmasına münasibət bildirən Suqa "İnşallah bu evlilik anaları uşaq sahibi olmağa təşviq edəcək. Zəhmət olmasa çox uşaq dünyaya gətirin" açıqlamasından sonra feministlər tərəfindən cinsiyyətçilikdə və sol düşərgədəki müxalifləri - qadınları daha çox gələcək əsgər dünyaya gətirməyə çağıran yapon militaristlərinin yolu ilə getdiyindən günahlandırılmışdır. Tənqidlərə cavab olaraq, Suqa "əlbəttə ki, hər kəsin özün qərarını verə biləcəyini" bildirmiş, "evlənməyinə və ya uşaq sahibi olmasına ehtiyac duyulacağını, ancaq hökumət insanların evlənmək və uşaq böyütmək üçün rahat olacağı bir cəmiyyət yaratmaq üçün çalışmalı olduğunu" söyləmişdir.[1]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Ailəlidir və üç oğlu vardır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Yapon siyasətçisi uşaq sahibi olmağa çağırdığına görə militarizm və cinsiyyətçilikdə günahlandırılır. Arxivləşdirilib 2022-01-21 at the Wayback Machine Lenta.Ru (1 oktyabr 2015).