Xorioidit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Xorioidit(lat. chorioidea — gözün damarlı qişası)— gözün damarlı qişasının iltihabı.

Xorioidit zamanı proses torlu qişaya keçə bilir (xorioretinit). Xorioidit, əsasən, infeksion xəstəliklərdən (vərəm, toksoplazmoz və s.) törəyir. İnfeksiya hematogen yolla gözün damarlı qişasına düşür, iltihabi prosesə uğramış nahiyə sonradan atrofiyalaşır. Belə xəstələr gözlərində tutqunlaşma olmasından, görmənin zəifləməsindən və s. şikayətlənirlər. Xorioidit oftalmoskopiya ilə aşkar edilir.

Ümumi (antibiotiklərlə və s.) və yerlidir (törəmə səbəbindən asılı olaraq).