Xarkov
Şəhər | |
Xarkov | |
---|---|
ukr. Ха́рків | |
50°00′00″ şm. e. 36°13′45″ ş. u.HGYO | |
Ölkə | Ukrayna |
Vilayət | Xarkov vilayəti |
Daxili bölgüsü | 9 rayon |
Mer | Gennadi Kernes |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1630 |
İlk məlumat | 1552 |
Yaşayış məntəqəsi statuslu | 1669 |
Sahəsi | 350[1] |
Mərkəzin hündürlüyü | 94-205 m |
İqlimi | kəskin kontinental |
Saat qurşağı | UTC+2 , yayda UTC+3 |
Əhalisi | |
Əhalisi | 1 447 881 nəfər (2017) |
Sıxlığı | 4111 nəf./km² |
Aqlomerasiya | 2 097 000 |
Milli tərkibi | ukraynalılar[2], ruslar[3], yəhudilər, ermənilər |
Rəsmi dili |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +380 57 |
Poçt indeksi | 61000–61499 |
Nəqliyyat kodları | AX, KX / 21 |
Digər | |
city.kharkov.ua | |
Vikianbarda əlaqəli mediafayllar |
Xarkov (ukr. Харків) — Xarkov vilayətinin inzibati mərkəzi olan Ukraynanın şərq hissəsindəki ən böyük şəhərdir. Əhalinin sayına görə Xarkov Kiyevdən sonra Ukraynada ikinci yeri tutur. Vaxtilə şəhər Moskva və Leninqraddan sonra SSRİ-nin üçüncü ölçü üzrə sənaye, elmi və nəqliyyat mərkəzi idi.
Tarixi
[redaktə | mənbəni redaktə et]Xarkov təxminən 1654-cü ildə qədim rus şəhəri olan Xarkovun yerində yaradılmışdır. 1918-ci ilin fevral-mayında Xarkov Donetsko-Krivorojski Respublikasının paytaxtı rolunu oynayırdı, 1918-ci ilin mart-aprelində Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur, 1919-cu ilin martda — iyununda və 1919-cu ilin dekabrından 1934-cü ilin iyununa qədər Ukrayna SSR-ının paytaxtı olmuşdur.[4]
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Müasir Xarkov ölkənin ən böyük nəqliyyat qovşaqlarından biri hesab edilir. Onun içərisindən dəmir və şose yolları keçir, həmçinin beynəlxalq aeroport var. Şəhərin özündə küçə ictimai nəqliyyatının şöbələrə ayrılmış şəbəkəsi fəaliyyət göstərir: marşrut taksiləri, avtobuslar, trolleybuslar, tramvaylar. 1975-ci ildən Xarkovda 3 xətdən ibarət olan və şəhərin 9 inzibati ərazisini birləşdirən metropoliten işləyir.
Təhsil
[redaktə | mənbəni redaktə et]Hal-hazırda Xarkovda müxtəlif mülkiyyət formalarının və akkreditasiyanın səviyyələrinin 69 ali məktəbi mütəxəssisləri hazırlayırlar. Onların arasında 17 universitet və 9 akademiya var.
Xarkovun bir çox ali təhsil müəssisələri, məsələn, XAİ (aviasiya), MTU "XPİ" (politexnik), XAYİ (avtoyol) kimi, yalnız Ukraynada yox, həmçinin onun hüdudları xaricində məşhurdurlar. Xarkovun ali məktəbləri ən müxtəlif ixtisaslaşmalara malikdir: texniki, aqrar, hərbi, tibbi, iqtisadi. Xarkovun ali təhsil müəssisələrində 200 mindən çox tələbə oxuyur, və onlardan arasında təxminən 12 mini xarici tələbələrdir.
Həmçinin şəhərdə 142 elmi tədqiqat institutu, 16 muzey, şəhər şəkil qalereyası, 6 dövlət teatrı və 80 kitabxana işləyirlər.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Xarkovun 65%-dən çox sakini rus dilini öz ana dili hesab edirlər.
Xarkovun diqqətəlayiq yerlərinin arasında xarkovlular özləri azadlıq meydanını adlandırırlar, hansı ki, şəhərin mərkəzi sahəsidir; Xarkov planetarisi; hələ Rusiya imperiyası dövründə açılmış Xarkov heyvanat parkı; MDB-da ən böyük olan Xarkov delfinariumu, həmçinin şəhərin əsas Metallist stadionu, hansında ki, eyni adlı yerli futbol klubu öz oyunlarını keçirir. Xarkov şəhərinin əhalisini təxminən 1,5 milyon daimi sakin təşkil edir. Şəhərdə cəmi 111 millətin nümayəndələri yaşayırlar.
Qardaş şəhərlər
[redaktə | mənbəni redaktə et]- Belqorod, Rusiya
- Bolonya, İtaliya
- Brno, Çexiya
- Varna, Bolqarıstan
- Varşava, Polşa
- Qaziantep, Türkiyə
- Dauqavpils, Latviya
- Kaunas, Litva
- Kutaisi, Gürcüstan
- Lill, Fransa
- Moskva, Rusiya
- Nijni Novqorod, Rusiya
- Novosibirsk, Rusiya
- Nürnberq, Almaniya
- Poznan, Polşa
- Rişon Le-Zion, İsrail
- Sankt Peterburq, Rusiya
- Tyantszin, Çin
- Çetinye, Monteneqro
- Çzinan, Çin
- Sinsinnati, ABŞ
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Парламент затвердив нові межі Харкова" (ukrayna). Официальный сайт Харькова. 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 oktyabr 2017.
- ↑ "ВВС. Аналитика Е. Каневский. Русские и Украина: не национальность, а язык". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-14.
- ↑ «Маяк». Харьков — город уютный, совсем русский…
- ↑ "Xarkov şəhərinin tarixi". 2022-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-17.