XV Karl
Karl Lüdviq Evgen | |
---|---|
Carl Ludwig Eugen | |
| |
8 iyul 1859 – 18 sentyabr 1872 | |
Əvvəlki | I Oskar |
Sonrakı | II Oskar |
1826 – 1859 | |
Əvvəlki | Titul yaradıldı |
Sonrakı | VI Qustav |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Stokholm |
Vəfat tarixi | (46 yaşında) |
Vəfat yeri | Malmö |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | monarx |
Atası | I Oskar |
Anası | Yozefina Leuxtenberq |
Həyat yoldaşı | Luiza Oranj-Nassau |
Uşaqları |
Luiza Evgeniya Karl Oskar Bernadot |
Ailəsi | Bernadotlar sülaləsi |
Dini | lüteranlıq |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
XV və IV Karl (3 may 1826[3][4][…], Stokholm[4] – 18 sentyabr 1872[3][4][…], Malmö[4][5]) — Bernadotlar sülaləsindən İsveç-Norveç kralı idi. 19-cu adlansa da o, Karl adlı doqquzuncu İsveç kralı idi.[6]
Həyatı
[redaktə | mənbəni redaktə et]3 may 1826-cı ildə Stokholmda anadan olmuşdu. Anadan olan kimi nominal Skane hersoqu elan olunmuşdu. I Oskar və Yozefina Leuxtenberqin ən böyük oğlu idi. 1841-ci ildə babası XIV Karl İohanndan ilk vəzifə təyinatını almış, 1845-ci ildə Uppsala universitetinə qəbul olmuşdu. 11 fevral 1846-cı ildə İsveç Elmlər Akademiyasının fəxri üzvü seçilmişdir. 1848-ci ildə "Ögey qardaşlar" adlı hekayə yazmışdır. 1849-cu ildə general rütbəsini almışdı. 7 fevral 1856-cı ildə Norveç canişinliyinə təyin olunmuşdur.
Hakimiyyəti
[redaktə | mənbəni redaktə et]1859-cu ildə taxta çıxmışdır. Danimarka ilə dostluq əlaqələrinə davam etmiş, ölkədə islahatlara cəhd etmişdir. Hakimiyyəti əsasən sönük keçmişdir. Qardaşı ilə əlaqələri yaxşı deyildi və qanunları dəyişib, taxta qızı Luiza Evgeniyanı gətirmək istəsə də parlament bunu təsdiqləməmişdi.[7] 11 noyabr 1868-ci ildə Yaponiya ilə "Dostluq, Ticarət və Naviqasiya müqaviləsi" imzalamışdır. Bununla İsveç və Norveç tacirləri Yaponiyada ticarətlə məşğul ola biləcəkdi.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]XV Karl şair və rəssam idi. 1863 və 1865-ci illərdə iki şeir kitabı yayımlanmışdı. Rəsm əsərləri İsveç Milli Muzeyində sərgilənir. Başqa rəssamların əsərlərini də kolleksiyada toplayırdı. 500-dən çox rəsm əsəri toplamışdır.
Ölümü
[redaktə | mənbəni redaktə et]1871-ci ildə xəstələnmiş, həyat yoldaşının eyni ildə ölümündən sonra daha da kəskinləşmişdir. 1872-ci ildə Aaxen səfərindən qayıdarkən tuberkulyozdan Malmödə vəfat etmişdir.
Ailəsi
[redaktə | mənbəni redaktə et]19 iyun 1850-ci ildə Luiza Oranj-Nassau ilə evlənmişdir.
Övladları
[redaktə | mənbəni redaktə et]Ad | Valideyni | Doğum günü | Ölüm | Qeyd |
---|---|---|---|---|
Luiza Evgeniya | Luiza Oranj Nassau | 31 Oktyabr 1851 | 21 Mart 1926 | 1869-cu ildə VIII Frederiklə evləndi; övladı oldu |
Karl Oskar Vilhelm Frederik | Luiza Oranj Nassau | 14 Dekabr 1852 | 13 Mart 1854 | uşaqkən öldü |
Karl İohann Bolander[8] | Anna Margareta Lindkvist Bolander | 4 Fevral 1854 | 28 İyul 1903 | Qeyri qanuni övlad |
Ellen Maria Svensson | Anna Stirell | 28 oktyabr 1865 | 1931[9] | Qeyri qanuni övlad |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Olsson M. Riddarholmskyrkan - inventories and graves. 1937. S. 460.
- ↑ Bernadotteska gravkoret.
- ↑ 1 2 RKDartists (nid.).
- ↑ 1 2 3 4 Karl XV (швед.). 1917.
- ↑ Hovförsamlingens kyrkoarkiv, Död- och begravningsböcker, SE/SSA/0007/F I/3 (1861-1874), bildid: 00033280_00065.
- ↑ "Nordisk familjebok - Karl". 2019-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-13.
- ↑ Anne-Marie Riiber (1959). Drottning Sophia. Uppsala: J. A. Lindblads Förlag. sid 80 ISBN
- ↑ Karl-Erik Sahlberq in Nils Bolander diktare och predikant ISBN 91-86112-39-2 p. 11
- ↑ Lagerqvist & Åberg in Small dictionary of the Swedish monarchs ISBN 91-87064-43-X's. 42
SƏLƏF I Oskar |
Bernadotlar sülaləsi Canişinlik 1856-1857 Hakimiyyət 1859–1872 |
XƏLƏF II Oskar |
SƏLƏF I Oskar |
Bernadotlar sülaləsi 1859–1872 |
XƏLƏF II Oskar |