Viktor Kabanov
Viktor Kabanov | |
---|---|
Doğum tarixi | 15 yanvar 1934[1] |
Doğum yeri | |
Vəfat tarixi | 31 mart 2006 (72 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Elm sahələri | kimya |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
Viktor Aleksandroviç Kabanov (15 yanvar 1934[1], Moskva, RSFSR, SSRİ[1] – 31 mart 2006, Moskva) – Sovet və Rusiya kimyaçısı, polimerlər üzrə mütəxəssis, professor, kimya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının (REA) akademiki, Rəyasət Heyətinin üzvü və REA-nın Kimya və materiallar elmləri şöbəsinin akademik-katibi, Lenin, Dövlət və Davıdov müküfatları laureatı.
Həyatı
[redaktə | mənbəni redaktə et]15 yanvar 1934-cü il tarixində Moskvada professor A. N. Kabanovun ailəsində dünyaya göz açıb. 1956-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsini bitirib və həmin il MDU-nun Yüksək molekullu birləşmələr kafedrasına qəbul olunub. 1960-cı ildə namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1968-ci ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1975–1991-ci illərdə SSRİ Elmlər Akademiyasının Ümumi və texniki kimya şöbəsinin akademik-katibinin müavini vəzifəsində çalışıb. 1987-ci ildə SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 1988-ci ildən SSRİ Elmlər Akademiyasının (1991-ci ildən Rusiya Elmlər Akademiyasının) Rəyasət Heyətinin üzvü olub. 1988–2002-ci illərdə SSRİ Elmlər Akademiyasının Yüksək molekullu birləşmələr üzrə Elmi Şurasının sədri, 1991–2002-ci illərdə isə Rusiya Elmlər Akademiyasının Ümumi və texniki kimya şöbəsinin akademik-katibi vəzifəsini yerinə yetirib. Eyni zamanda M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Yüksək molekullu birləşmələr kafedrasının müdiri, "Rusiya Elmlər Akademiyasının Hesabatları" jurnalının baş redaktoru, "Yüksək molekullu birləşmələr" jurnalının redaksiya heyətinin üzvü olub.
1977–1981-ci illərdə Beynəlxalq Nəzəri və Tətbiqi Kimya İttifaqının Yüksək molekullu birləşmələr şöbəsinin sədri seçilən ilk rus alimi, Belçika Kral Akademiyasının xarici üzvü, Avropa Elmlər Akademiyasının üzvü, Ukrayna Milli Elmlər Akademiyasının xarici üzvü olub. 31 mart 2006-cı il tarixində vəfat edib. Moskvada Novodevichy qəbiristanlığında dəfn edilib.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Viktor Kabanov — polimer elmi sahəsində dünya liderlərindən biri, böyük elmi məktəbin yaradıcısıdır. Onun əsas tədqiqat sahələri: kinetika və polimerləşmə mexanizmi, interpolimerlər kompleksləri və interpolielektrolit reaksiyaları, biopolimerlərin modelləşdirilməsi və bioloji aktiv polimer maddələrin yaradılması, polimer metal kompleksləri və gel-immobilizə olunmuş metal kompleks katalizatorları.
Kabanovun fundamental elmi nailiyyətləri arasında "Şüşə- kristal" faza keçidində bərk monomerlərin aşağı temperaturda yüksək sürətlə polimerləşməsi fenomeninin kəşvi və izahı mühüm yer tutur. Onun tərəfindən keşf edilən polianionlar üzərində 4-vinilpiridinin kortəbii polimerləşməsi biomakromolekulların formalaşmasını modelləşdirən qeyri-təbii polimerin ilk spesifik matriks sintezi olub.
Kabanov polimerləşmə proseslərinin xüsusi bir növü kimi vinil və allil monomerlərin kompleks-radikal polimerləşməsi konsepsiyasını yaratmış və əsaslandırmış, ion monomerlərin radikal polimerləşməsinin əsas xüsusiyyətlərini izah etmişdir. "Molekulyar tanınması" və supramolekulyar polielektrolit strukturlarının özü özünə yığılmasında həlledici rol oynayan interpolielektrolit komplekslərində makromolekulyar mübadiləsi və əvəz reaksiyasını keşf edib və araşdırıb. Alimin bu keşfi yeni nəsil peyvəndlərin yaradılmasında mühüm rol oynayıb.
Yeni texnologiyalar və tətbiqi
[redaktə | mənbəni redaktə et]Fundamental tədqiqatlar üzərində işləyən Viktor Kabanov, eyni zamanda, onların tətbiqi ilə də məşğul olub. Onun rəhbərliyi altında aşağıdakı texnologiyalar inkişaf etdirilmiş və həyata keçirilmişdir: davamlı polipropilen iplərin istehsalı, "Grippol" – qripə qarşı ilk tam sintetik peyvənd və interpolielektrolit kompleksləri əsasında Çernobıl qəzası zonasında radioaktiv tozun yayılmasının qarşısını alan üsul.
Çernobıl qəzası
[redaktə | mənbəni redaktə et]1986–1987-ci illərdə Viktor Kabanov, şöbəsinin digər üzvləri ilə Çernobıl qəzasının fəsadlarının aradan qaldırılmasında iştirak edib. O, tozun yayılmaması üçün polimer resept hazırlayaraq tətbiq etmişdir.
Mükafatlar, təltiflər
[redaktə | mənbəni redaktə et]1975 — "Şərəf nişanı" ordeni
1984 – S. V. Lebedev adına SSRİ Elmlər Akademiyasının Mükafatı
1980 — Lenin mükafatı laureatı
1984–1986 – Qırmızı Əmək Bayrağı ordeni (Çernobılə görə)
1991 — Lenin ordeni
1994 — Xalqlar dostluğu ordeni
1995 — Yaponiya Polimer Cəmiyyətinin Beynəlxalq Mükafatı
1999 – Lomonosov mükafatı, akademik B. E. Sokolov adına Elmə Dəstək Fondunun mükafatı, III dərəcəli "Vətənə xidmətə görə" ordeni
2001 — Rusiya Dövlət Mükafatı və Demidov müküfatı.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Кабанов Виктор Александрович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- 15 yanvarda doğulanlar
- 1934-cü ildə doğulanlar
- Moskvada doğulanlar
- 31 martda vəfat edənlər
- 2006-cı ildə vəfat edənlər
- 72 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Novodeviçye qəbiristanlığında dəfn olunanlar
- Kimya elmləri doktorları
- Moskva Dövlət Universitetinin müəllimləri
- Moskva Dövlət Universitetinin Kimya fakültəsinin məzunları
- Rusiya Elmlər Akademiyasının üzvləri
- SSRİ Elmlər Akademiyasının üzvləri
- Ukrayna Milli Elmlər Akademiyasının üzvləri
- Rusiyanın III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni kavalerləri
- "Lenin" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Lenin" mükafatı laureatları
- Demidov mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- Rusiya alimləri
- Rusiya kimyaçıları