Uncharted 3: Drake’s Deception
Uncharted 3: Drake’s Deception | |
---|---|
Hazırlayanlar | Naughty Dog[d] |
Yayımlayanlar | Sony Interactive Entertainment[2] |
Seriya | Uncharted |
Buraxılış tarixləri | 1 noyabr 2011, 2 noyabr 2011, 3 noyabr 2011, 7 oktyabr 2015, 7 oktyabr 2015, 9 oktyabr 2015, 4 may 2016 |
Janr | döyüş-macəra oyunu, üçüncü-şəxs atıcı, platform oyunu |
Rejissor |
|
Bəstəkar |
|
Texniki məlumat | |
Platforma | PlayStation 3[1] |
Mühərrik | Naughty Dog[d] |
Oyun rejimi | birnəfərli oyun, çoxnəfərli oyun, kooperativ oyun[d] |
İnterfeysin dili | rus dili |
Daşıyıcı | Blu-ray Disc |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Uncharted 3: Drake’s Deception — Naughty Dog tərəfindən hazırlanıb Sony Computer Entertainment tərəfindən nəşr edilən, döyüş-macəra, platforma və üçüncü şəxs atıcı növlərindəki, yalnız PlayStation 3 üçün hazırlanan videooyunu. Uncharted seriyasının Uncharted 2: Quldurlar Arasında'dan sonra çıxan üçüncü oyun[3]. Şimali Amerikada 2011-ci ilin Noyabrın 1-də, Avropada 2011-ci ilin Noyabrın 2-də, Avstraliyada isə 2011-ci ilin Noyabrın 3-də satışa çıxarılmışdır. Bəzi əlavələ məzmunlar ehtiva edən "İlin Oyunu" versiyası isə Şimali Amerikada 2012-ci ilin Avqustun 28-də, Avropada isə 2012-ci ilin Sentyabrın 21-də satışa çıxarılmışdır.
Uncharted 3 qəhrəmanı Neytan Dreyk'in və ağıl müəllimi Viktor Sullivan'ın əfsanəvi itkin şəhər olan Quranda bəhs edilən sütunlar İramını axtaran Rub əl-Xali səhrası kimi yerlərə dünya səviyyəsində səyahət etdiyini görür[3]. Elena Fişer və Kloyi Freyzer də Uncharted 3-də geri dönürlər. Sujet, Tomas Edvard Lourensin arxeologiya günlərindən qaynaqlanmaqdadır[4]. Naughty Dog'un ictimaiyyət strateqi Arne Meyer, "Uncharted 3'ün əsas mövzusunun 'yolu tapmaq'" olduğunu ifadə etdi.[5]
Uncharted 3: Drake’s Deception tənqidçilər tərəfindən bəyənildi, baxılış ümumi veb saytında Metacritici %92-ə çatdı və 2011-ci ilin ən yaxşı videooyunlarından biri halına gəldi[6]. Uncharted 3', rəy verənlər ssenari aktyorluq, qrafik, kino kimi sahələri çox sevdiklrəinə görə oyun "İlin Oyunu" mükafatı aldı, ancaq oyun texniki problemlərə, tək-oyuncu əlavələrinin qıtlığına və başqa səbəblərə görə tənqid olundu. Oyun satışa çıxarıldığı gündə dünya üzrə 3.8 milyon kopiya sövq etdi. Uncharted 3'ün dəvamı və son oyunu olan Uncharted 4: A Thief’s End, 2016-cı il mayın 10-da PlayStation 4 üçün xüsusi olaraq satışa çıxarıldı. 2015-ci il oktyabrın 7-də oyun digər iki sələfisi ilə Uncharted: Neytan Dreyk'in Kolleksiyasının bir hissəsi olaraq PlayStation 4 üçün satışa çıxarıldı.
Mükafatlar
[redaktə | mənbəni redaktə et]Uncharted 3: Drake’s Deception müxtəlif jurnallarda, sərgilərdə və oyun saytlarında çox sayda mükafat aldı. Uncharted 3, "İlin Oyunu" da daxil olmaq üzrə 2011 Spayk Video Oyun Mükafatlarında səkkiz mükafata namizəd göstərildi və tənqidçilər tərəfindən iki qalibiyyətə görə səs aldı[7]. Famitsu Oxucuların PlayStation 3 üçün təklif edilən ən yaxşı 50 əsəri olan Uncharted 3, üçüncü sırada iştirak etdi və siyahını yalnız ikinci sinifdəki ən müvəffəqiyyətli qərb oyunlarından biri etdi[8]. Uncharted 3, İnteraktiv Əsərlər Və Elimləri Akedemiyasında 12 namizədlik[9], Amerika Yazarlar Liqası Mükafatları 2011[10]-də bir namizədlik və 12 İllik Oyun Hazırlayanların Seçimi Mükafatlarında[11] üç namizədlik göstərdi. Uncharted 3 həm də, 8-ci İngilis Akademiya Video Oyunları Mükafatlarında altı namizədlik qazandı və Böyük Britaniyanın 2011-ci ildəki tək ictimayi səs istifadə edilən Oyun Mükafatı üçün namizədlik qazandı.[12][13]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Uncharted 3: Drake's Deception // ESRB rating database (ing.).
- ↑ Uncharted 3: Multiplayer Free to Play // ESRB rating database (ing.).
- ↑ 1 2 Arne Meyer (2010-12-09). "'Uncover the truth in UNCHARTED 3!'" Arxivləşdirilib 2012-08-17 at the Wayback Machine. Sony Computer Entertainment. Alındı 2010-12-09.
- ↑ Cef Censen (2010-12-09). "'Uncharted' exclusive: Your first look at 2011's must-play videogame 'Uncharted 3: Drake's Deception'" Arxivləşdirilib 2015-01-05 at the Wayback Machine. Əyləncə Həftəlik. Alındı 2010-12-09.
- ↑ "Voices of Igromir 2011. Arne Meyer: "Expectations inside the studio are always higher than external"" Arxivləşdirilib 2012-04-03 at the Wayback Machine. 2011-10-25. Alındı 2011-10-25.
- ↑ "Uncharted 3: Drake's Deception for PlayStation 3 Reviews, Ratings, Credits, and More" Arxivləşdirilib 2015-11-28 at the Wayback Machine. Metacritic. Alındı 2012-06-08.
- ↑ "2011 Spike Video Game Awards: Complete Winners List" Arxivləşdirilib 2013-01-26 at the Wayback Machine. GameRant.com. Alındı 2011-12-11.
- ↑ Səssiz Şef (The Silent Chief). "Famitsu Readers List Their Most Recommended PS3 Titles" Arxivləşdirilib 2012-06-16 at the Wayback Machine. Thesilentchief.com. Alındı 2012-06-08.
- ↑ "Uncharted 3 leads the 2012 AIAS Interactive Achievement Awards with 12 nominations (which is the most of the ceremony)" Arxivləşdirilib 2012-01-16 at the Wayback Machine. Warp Zoned. 2012-01-14. Alındı 2012-06-08.
- ↑ "UK developed Brink, Arkham City among WGA Awards nominees" Arxivləşdirilib 2021-02-25 at the Wayback Machine. VG247. 2012-01-12. Alındı 2012-06-08.
- ↑ "Skyrim, Portal 2, Bastion receive five GDC Awards nods" Arxivləşdirilib 2021-06-23 at the Wayback Machine. VG247. 2012-01-06. Alındı 2012-06-08.
- ↑ Fillips, Tom (2012-02-16). "2012 BAFTA Video Game Award nominations list • News •" Arxivləşdirilib 2021-11-05 at the Wayback Machine. Eurogamer.net. Alındı 2012-06-08.
- ↑ Yin, Vezlİ (2012-02-09). "Batman, Battlefield, Skyrim make BAFTA GAME Award shortlist • News •" Arxivləşdirilib 2021-10-27 at the Wayback Machine. Eurogamer.net. Alındı 2012-06-08.