20°21′34″ şm. e. 89°46′17″ q. u.HGYO

Uşmal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Uşmal
Óoxmáal
Sehrbaz piramidası
Xəritə
20°21′34″ şm. e. 89°46′17″ q. u.HGYO
Ölkə  Meksika
Yerləşir Yukatan ştatı
Aidiyyatı Maya Mədəniyyəti
Sifarişçi Ax Suytok Tutul Şiv
Tikilmə tarixi 1007
Üslubu Mayya memarlığı
Sahəsi
  • 3.758,64 ha
  • 87,45 ha
Vəziyyəti stabil
Rəsmi sayt inah.gob.mx/zonas/110-zo…
TipiMədəni
Kriteriyai,ii,iii
Təyin edilib1996
İstinad nöm.791
DövlətMeksika
RegionLatın amerikası və Kariblər
Meksikanın qeydiyyata alınmış abidələri
İstinad nöm.ZA175
Uşmal (Meksika)
Uşmal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

UşmalMayya sivilizasiyasının böyük şəhərlərindən biri, müasir Meksikanın Yukatan yarımadasının şimal-qərbində, Merida şəhərindən 68 km cənubda yerləşir.[1]

Ümumi məlumatlar

[redaktə | mənbəni redaktə et]

Uşmal adının mənası «oş-mal» (üç dəfə) verir (bu ad yəqin ki, şəhərin üç periodunu əks etdirir). Yaxınlıqdaki Labna seremonial kompleksi və Sayil saray kompleksi ilə birgə Uşmal 1996-cı ildə UNESCO-nunDünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. Şəhərin tikililəri Puuk memarlıq məktəbinin ən yaxşı nümunələridir.

Şəhərin əsası 10.9.0.0.0 | (2 Ahau 13 Mac) ilində — yəni 15 avqust 1007-ci ildə Ax Suytok Tutul Şiv tərəfindən qoyulmuşdu. Uşmal uzun illər Yukatanın siyasi və mədəni mərkəzi hesab edilirdi. Şəhər tolteklərlə bağlı tutul-şiv tayfaları tərəfindən işğal edilmişdi. Uşmal Yukatanda siyasi hökmranlıq uğrunda Mayapan və Çiçen-İtsa ilə mübarizə aparırdı. Bu hadisələrin dəqiq xronologiyası yoxdur, çünki bir çox mənbələrdə ziddiyatlar mövcuddur. Şəhər Mayapan ordusunun işğalından sonra, Tutul-Şiv öz paytaxtını Uşmaldan Maniyə köçürmüşdü.

Alimlərin ehtimalına görə, Uşmalda 25 000 nəfər yaşayırdı. Uşmal Puuk memarlıq məktəbinin mərkəzi olmuşdu və buna görə burada çoxlu sayda klassik üslubda binalar tikilmişdi.

Görməli yerlər

[redaktə | mənbəni redaktə et]

6 qrupa bölünən Uşmal xarabalıqları dəfələrlə XIX əsrdən ABŞ və Meksika arxeoloqları tərəfindən (C. Stivens, U.Holms, K.Ruppert, A.Rus, X.Akosta, S.Saens v.d.) tədqiq olunmuşdu.

Şəhərin binaları qismən bərpa ediliblər.

Ən əhəmiyyətli monumental memarlıq abidələri aşağıdakilardı:

  • «Hökumət sarayı» — şəhərin ən gözəl binalardan biri; 20 min fərdi piltələrin üzərində nəfis heykəl və mozaika ilə bəzədilmişdi.
  • «Sehrbazın piramidası» və ya «Cırtdan evi» — 38 metrlik piramida üzərində yerləşən məbəd. Piramida planda oval şəkildədir və müasir mayya evini xatırladır.
  • «Göyərçin evi»
  • «Qadın monastır» — 4 binanı özündə birləşdirən kompleks.
  • «Tısbağalar evi»
  1. "Uşmal". 2016-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]