Uşakovskoye
Uşakovskoye | |
---|---|
rus. Ушаковское | |
82°55′00″ şm. e. 95°10′00″ q. u.HGYO | |
Ölkə | Rusiya |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1926 |
Saat qurşağı | UTC−12 |
Əhalisi | |
Əhalisi | 0 nəfər (2011) |
Vikianbarda əlaqəli mediafayllar |
Uşakovskoye — Çukot Muxtar Dairəsinin İultinski rayonu ərazisində yerləşən vaxtı ilə mövcud olmuş qəsəbə (ruh şəhər). Yaşayım məntəqəsi hazırda mövcudluğunu dayandırmışdır. Əvvəllər qəsəbə Maqadan vilayəti Şmitski rayonuna daxildir. Qəsəbə Vrangel adasının Çukot dənizi sahilində Rocers buxtasında qərar tutur. Qəsəbə tamamən boşalmışdır.
Adının yaranması
[redaktə | mənbəni redaktə et]Qəsəbənin adı Arktika araşdırmaçısı və Rocer buxtasında ilk qütb stansiyasının rəhbəri Georgi Alekseyeviç Uşakovun şərəfinə adlandırılmışdır.
Araşdırılması
[redaktə | mənbəni redaktə et]XIX əsrin əvvəllərində Rusiya şimal ərazilərinin araşdırmaçısı Ferdinant Pyotroviç Vrangel böyük cəhtlə Vrangel adasını axtarmağa çalışır. O, adanın təxmini olaraq şimal-şərqdə olduğunu bilirdi. Bu məlumat ona yerli əhali tərəfindən verilmişdi. Adanı aşkarlamaq ona nəsib olumur. XIX əsrin sonları Rusiya, ABŞ və Kanada adaya böyük maraq göstərirlər[1]. Rusiya vətəndaş müharibəsi dövründə Kanada və ABŞ adanı ələ keçirməyə çalışırdı. 1921-ci ildə Kanada ekspedisiyası adaya çatır və orada ingilis bayrağını sançırlar. Bir müddət sonra isə Kanadanın baş naziri M. Kinq rəsmi olaraq adanı ingiltərənin ərazisi elan edir. 1923-ci ildə adaya Ameikalı ekspedisiyaçılar çataraq ora ABŞ bayrağını sançırlar[2]. Adada möhkəmlənmək məqsədi ilə SSRİ adaya Nadejnıy kanonerində yan alırlar. Onlar burada fəaliyyət göstərən B.Sefansonun şirkətinin fəaliyyətini dayandırmağa məcbur edirlər. Bundan sornra SSRİ adanı öz ərazisi elan edir. Bu məlumat 1926-cı ildə rəsmən dərc edilir. Bununla belə 1926-cı ildə adaya Kanadalılar tərəfindən ekspedisiya təşkil oluması planlaşdırılırdı. Onlar bildirirdilərki, Vrangel adası bizin hərbi hava qüvvələrinin bazası olmalıdır. Necə ki, Folklend adaları ingilislərin dəniz qüvvələrinin bazasıdır. Buna cavab olaraq SSRİ adaya Alekseyeviç Uşakovun rəhbəriliyi ilə ekspedidiya təşkil olunur. Onun rəhbərliyi ilə 14 avqust 1926-cı ildə Uşakovskoye qəsəbəsini salır. Bunlada ruslar adada möhkəmlənirlər.
Qəsəbənin tarixi
[redaktə | mənbəni redaktə et]Qəsəbənin ilk sakilləri çukçalar, eskimoslar və ruslardan ( Q. А. Uşakovun ailəsi, İ. М. Pavlova, N. P. Savenko, Skurixina, Tayana, Taqyo, Kmo, Etui, Nnoko, Kivyana, Palyo, Anyalika, Analko; ümumək 60 nəfər) ibarət olmuşdur. 1928 ildə adada ilk dəfə doğulan körpə P. İ. Pavlov olur. Üç il ərzində qəsəbə inkişaf edir. Hidrometeostansiya və radiostasiya salınır. Bu müddət ərzində adanı heç kəs tərk etmir. 1970-ci illərə qədər qəsəbədə məktəb, klub-kinoteatr, qazanxana, kömür və yanacağ anbarları, kitabxana, hamam, poçt biması, xəstəxana salınır. Adada kiçik Rocers hava limanı inşa edilir[3]. Artıq 1980-ci illərdə burada telefon, televiziya gətirilir. Bura turlar təşkil olunurdu. 1984-ci ildə qəsəbədə А. Uşakovun sərəfinə abidə qoyulur[4] 1990-cı illərdə maliyə dəstəyinin azlığı səbəbindən qəsəbə tədricən boşalırdı. 1997-ci ildə qəsəbə əhalisi materikə köçürülür. 13 oktyabr 2003-ci ildə son sakini Ağ ayı tərəfindən öldürülüb. 2011-ci ildə adanın son sakini yerli şaman Qriqori Kaurqin olmuşdur[5].
2010-ci ildə meteostansiya istifadəyə veilmişdir. Burada cəmi 6 insan yaşayırdı[6].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Виноградов С. Во льдах его дороги. — М.: Политиздат, 1981.
- ↑ Andrey Nikolayev, Sergey Tyolyakov. "Kanoner qayığı". Nezavisimaya qəzeti. 16 iyun 2000. 2012-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-14.
- ↑ "Придатко-Долин В. Ушаковское: как это было?/Моя Арктика… 2010". 2011-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
- ↑ "100-летие со дня рождения Георгия Алексеевича Ушакова". 2018-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-13.
- ↑ D. Qoçakov. "Sonuncu şaman". ТРК «Петербург»—5 kanal. İstifadə tarixi: 2014-11-27.
- ↑ Антон Лобанов. Второе рождение метеостанции Arxivləşdirilib 2013-07-12 at the Wayback Machine — «Крайний Север», 03.11.2010
Mənbə
[redaktə | mənbəni redaktə et]- Клименко И.Н. "Экспедиция на остров Врангеля, или две жизни ледокола «Надежный»". Приморский государственный объединенный музей имени В. К. Арсеньева. 2012-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-02-07.