Tomas Bayes

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tomas Bayes
Thomas Bayes
Tomas Bayesin 1936-cı ildə nəşr olunan kitbda istifadə edilmiş portreti
Tomas Bayesin 1936-cı ildə nəşr olunan kitbda istifadə edilmiş portreti
Doğum tarixi təxm. 1701
Doğum yeri London, İngiltərə
Vəfat tarixi
Vəfat yeri Tanbric-Uells, Kent, İngiltərə
Dəfn yeri
  • Banhill-filds[d]
Elm sahələri ehtimal nəzəriyyəsi, riyaziyyat
Təhsili
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tomas Bayes (ing. Thomas Bayes; təxm. 1701, London7 aprel 1761, Tanbric-Uells) — ingilis riyaziyyatçısı, presviterian keşişi.

London Kral Cəmiyyətinin üzvü (1742)[1].

1701-ci ildə Londonda anadan olub. Presviterian keşişi olan atası Coşua Bayes Şeffilddən olan tanınmış nonkonformist ailənin nümayəndəsi idi. Tomas evdə təhsil alırdı və 1719-cu ildə məntiq və ilahiyyat oxumaq üçün Edinburq Universitetinə daxil oldu. 1722-ci ildə evə qayıtdıqdan sonra, Bayes atasına kilsədə ayinlərin təşkilində kömək etməyə başladı və çox keçmədən 30-cu illərdə özü də presviterian kilsəsində keşiş oldu. 1734-cü ildə Kent qraflığındakı Tanbric-Uellsə köçdü. 1752-ci ildə təqaüdə çıxdı. 1761-ci ildə vəfat etdi.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Bayesin riyazi maraqları ehtimal nəzəriyyəsi sahəsində idi. Riyaziyyatın bu sahəsinin əsas problemlərindən birini təsvir edərək onu həll etdi (Bayes teoremi). Bu problemə həsr olunmuş işləri 1763-cü ildə, ölümündən sonra nəşr olundu. Hadisələrin ehtimalını empirik yolla qiymətləndirməyə imkan verən Bayes formulu müasir riyazi statistika və ehtimal nəzəriyyəsində mühüm rol oynayır. Onun digər böyük əsəri "Fürsətlər doktrinası probleminin həll olunmasına dair oçerklər"dir. Bayesin adını daşıyan terminlər: Bayes ehtimalı, Bayes şəbəkəsi, Bayes qiymətləndirməsi, Bayes proqramlaşdırması və s.

Yaşadığı müddətdə o, biri teologiya, digəri riyaziyyatla bağlı olan cəmi iki əsər nəşr etdirmişdir:

  1. Divine Benevolence, or an Attempt to Prove That the Principal End of the Divine Providence and Government is the Happiness of His Creatures (1731)
  2. An Introduction to the Doctrine of Fluxions, and a Defence of the Mathematicians Against the Objections of the Author of The Analyst (1736-cı ildə anonim şəkildə dərc olunmuşdur)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]