Thin Lizzy
Thin Lizzy | |
---|---|
Thin Lizzy | |
| |
Əsas məlumatlar | |
Üslub |
hard-rok həvi-metal blyuz-rok keltik-rok |
Fəaliyyət illəri | 1969—1984 |
Ölkə | İrlandiya |
Şəhər | Dublin |
Dil | ingiliscə |
Leybl |
Decca Records Vertigo Records Mercury Records (US) BMG Special Products EMI Records Deram Records Warner Bros. Records (US) |
Heyət |
Fil Laynott Skott Qorem Brayan Dauni Con Sayks |
Keçmiş üzvlər |
Erik Rikson Erik Bell Geri Mur Brayan Robertson Darren Varton Snoui Vayt |
Digər layihələr | Grand Slam |
www.thinlizzyband.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Thin Lizzy — 1969-cu ildə Dublində musiqiçi və bas gitarist Fil Laynott, zərb ifaçısı Brayan Dauni və gitarist Erik Bell tərəfindən yaradılmış İrlandiya rok qrupudur.
Qrup haqqında
[redaktə | mənbəni redaktə et]Qrupun qaradərili frontmeni və bas gitaristi braziliyalı (başqa məlumatlarda Cənubi Afrikalı) olan Fil Laynott 1986-cı ildə ölənə qədər qrup 12 studiya albomu çıxarmışdır. Qrup irland xalq balladı «Whiskey in the Jar» mahnısının rok versiyasını hazırladıqdan son məşhurlaşdı və bu mahnı Britaniyanın top 10 siyahısına düşdü.
Qrupun musiqi tərzi əsasən 70'ci illərin ikinci yarısından sonra hard-rok ilə solo gitaranın üstünlük təşkil etməsi ilə nəzəra çarpırdı. Qup ən böyük şöhrətini isə 1976-cı ildə yazmış olduqları və başqa bir çox qruplar tərəfindən də dəfələrlə səsləndirilən və hitə çevrilən «The Boys Are Back in Town» mahnısı ilə əldə etdi.
Qrup 1984-cü ilədək olan fəaliyyəti dövründə dəfələrlə üzv dəyişikliyi yaşamış olmasına baxmayaraq qrupun qurucuları, bas gitarist Fil Laynott və zərb ifaçısı Brayan Dauni dəyişməz olaraq qalmışdı.
Qrupun adı komiks qəhrəmanı - robotun adının azca dəyişilmiş formasından götürülmüşdür ki, o da öz növbəsində bunu məşhur Ford Model T - "Tin Lizzy" avtomobilinin jarqon adının şərəfinə almışdır.
Qrupun tarixi
[redaktə | mənbəni redaktə et]Qrup 1970-ci ildə «The Farmer» adlı ilk sinqlını «Parlophone» şirkəti vasitəsilə çıxardır. 1970-ci ilin sonunda isə Decca Records ilə müqavilə imzalayır və 1971-ci ilin yanvarında ilk debüt albomunu yazmaq üçün Londona yola düşür. Albom uğurlu satış əldə etməsinə baxmayaraq Britaniya siyahılarına düşə bilmədi.
Təxminən 1971-ci ilin mart ayına qədər qrup Londonda qaldı. Albom satışlarının pis olmasına baxmayaraq Decca Records, qrupun "Shades of a Blue Orphanage" adlı albomunun yazılmasını maliyyələşdirməyə razılaşdı. Ancaq albom yenə Britaniya siyahılarına düşə bilmədi.
Qrup 1972-ci ilin sonunda Böyük Britaniyanı əhatə edən geniş miqsaylı tura Slade və Suzi Quatro ilə birlikdə çıxdı. Həmin il Decca Records, qrup tərəfindən rok versiyası yazılmış «Whiskey in the Jar» adlı irland xalq balladını buraxmağa qərar verdi. Ancaq qrup bundan narazı idi. Çünki onlar düşünürdülər ki, mahnı onların səslənmələrini və ya onların obrazlarını əks etdirmir. Sinql yayımlandı və qısa müddətdə İrlandiya musiqi siyahılarına başçılıq etdi. Mahnı, 1973-cü ilin fevral ayında Böyük Britaniya siyahılarında 6-cı yerə qədər yüksəldi. Sinql həmçinin Avropanın bir çox ölkələrinin musiqi siyahılarına da düşdü. Ancaq növbəti sinql, "Randolph's Tango", Laynott'un tipik musiqi tərzini əks etdirdiyi üçün yalnız İrlandiya sihayılarına düşə bildi.
Qrupun növbəti albomu "Vagabonds of the Western World" 1973-cü ilin sentyabrında yayımlandı. Müsbət rəylərə baxmayaraq albom yenidən siyaılara düşə bilmədi. Albomdan olan sinql "The Rocker" yalnız İrlandiya sihaılarına düşə bildi.
1973-cü il 31 dekabr tarixində Erik Bell, səhhətində yaranan problemlər və arxa-arxaya gələn uğursuzluqlar səbəbilə qrupu tərk etdi. Turu bitirməyə kömək etmək üçün, Skid Row adlı irland qrupunda Laynott ilə birgə ifa edən Qari Mur dəvət edildi.
Mur 1974-cü ilin aprelinə qədər qrupda qaldı. Onunlu birgə qrup üç mahnı yazdı və həmçinin "Still in Love with You" adlı mahnısı da qrupun "Nightlife" adlı dördüncü albomuna daxil edilmişdi. Mur'un gedişi ilə qrup, Almaniya turunu tamamlamaq üçün iki müvəqqəti gitarist ilə işlədi.
Turdan sonra Decca Records müqavilənin bitməsindən məyus olan Brayan Dauni qrupu tərk etməyə qərar verdi. Amma onu qalmağa razı saldılar.
Qrup 1975-ci ilin başlanğıcında Bob Siqer və Bachman-Turner Overdrive ilə ilk dəfə ABŞ turuna çıxdı. BTO «You Ain’t Seen Nothing Yet» adlı hitini dəstəkləmək üçün Avropa turuna çıxdı və Thin Lizzy, bu tur vaxtı qrupu yenidən müşayiət etdi.
Sonra Thin Lizzy, 1975-ci ilin sentyabr ayında "Fighting" adlı beşinci studiya albomunu yayımladı. Bu albom, qrupun Böyük Britaniya siyahılarında 60-cı sıraya qədər yüksələn ilk albomu idi. Lakin albomdan heç bir sinql bu siyahıya düşə bilmədi. Bu albom qrupun ən uğurlu albomu oldu. Thin Lizzy, ilk dəfə bu albomda ikili gitaradan istifadə etdi. «Wild One» və «Suicide» isə bu albomdan olan ən uğurlu mahnılardan idi.
Status Quo ilə bir neçə müvəffəqiyyətli turdan sonra qrup, "Jailbreak" albomunu hazırladı. Hansı ki, bu albom onların dünya səviyyəsində məşhurlaşmasına səbəb oldu. Albom İngiltərədə Top 10, ABŞ'da isə Top 20 siyahısına düşdü. 1976-cı il 26 mart tarixində yayımlanan «The Boys are Back in Town», Böyük Britaniya siyahılarında 8-ci yerə, ABŞ siyahılarında (bu, qrupun ABŞ siyahılarına düşən ilk sinqılı oldu) isə 12-ci yerə qədər yüksələrək böyük uğur qazanan bir hit oldu. «New Musical Express» jurnalı «The Boys are Back in Town» mahnısını ilin ən yaxşı sinqlı elan etdi.
Thin Lizzy, Aerosmith, Rush və REO Speedwagon kimi qruplarla ABŞ turuna çıxdı. 1976-cı ilin iyununda Rainbow ilə yenidən bu turu təkrarlamaq istədi. Ancaq Laynott hepatitə tutulduğu üçün tur ləğv edildi.
Thin Lizzy 1977-ci ildə Lidsdə keçirilən festivalda əsas qrup kimi çıxış etdi. 2 il sonra, 1979-cu ildə Lidsdə keçirilən festivalda qrup, yenidən əsas qrup kimi çıxış etdi.
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]Studiya albomları
[redaktə | mənbəni redaktə et]- 1971 — Thin Lizzy
- 1972 — Shades of a Blue Orphanage
- 1973 — Vagabonds of the Western World
- 1974 — Nightlife
- 1975 — Fighting
- 1976 — Jailbreak
- 1976 — Johnny the Fox
- 1977 — Bad Reputation
- 1979 — Black Rose: A Rock Legend
- 1980 — Chinatown
- 1981 — Renegade
- 1983 — Thunder and Lightning
- 1972 — Funky Junction Play a Tribute to Deep Purple
Konsert albomları
[redaktə | mənbəni redaktə et]- 1978 — Live and Dangerous
- 1983 — Life
- 1994 — BBC Radio One in Concert
- 1994 — The Peel Sessions
- 1999 — Boys Are Back in Town: Live in Australia
- 2000 — One Night Only'
- 2008 — UK Tour '75
- 2009 — Still Dangerous — Live at Tower Theatre Philadelphia 1977