Tayyaki
Naviqasiyaya keç
Axtarışa keç
Tayyaki yap. 鯛焼き | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Yaponiya mətbəxi | |
Mənşəyi | |
Tərkibi | |
Əsas | |
Təfərrüatları | |
Tipi | Çərəz |
Tayyaki (鯛焼き, "bişirilmiş çapaq balığı"?) — Yaponiya mətbəxinə xas olan balıq formasında tort. Tortun hazırlanmasında anko xəmirindən (şəkərli adzukilərdən hazırlanır) istifadə olunur. Bundan əlavə kremdən, şokoladdan, pendirdən və şirin kartofdan da istifadə oluna bilər. Bəzi mağazalar tayyakini hətta okonomiyaki, qyozo və sosiska ilə hazırlayırlar.
Tayyaki hazırlamaq üçün blinçik və ya vafli xəmirindən istifadə olunur. Hazırlanmış sulu xəmir balıq formasında olan qəlibin hər tərəfinə tökülür. Daha sonra bir tərəfə əlavə məhsullar daxil edilir və qəlib bağlanılır. Qızıl qəhvəyi rəngi alana qədər bişilir.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Sakura-Hostel. "Sweets in Japan" (ingilis). 9 fevral 2012. 2014-12-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2016.