Tabiin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Tabiin (ərəb. اَلتَّابِعُونَ‎) — Məhəmməd peyğəmbəri görməmiş, səhabələrlə görüşmüş və onların vasitəsilə peyğəmbərdən hədis rəvayət etmiş şəxslərə deyilir. Onlar səhabələrin ətrafında olduqlarına və öz biliklərini onlardan aldıqlarına görə "tabiin" adlanırlar. Tabiin sözünün hərfi mənası səhabələrə tabe olanlar, ardıcıllar anlamındadır. Hədis rəvayətçilərinin ikinci nəslini tabiinlər təşkil edir. Tabiinin şagirdlərinə və onlardan hədis rəvayət edənlərə "təbəi-tabiin" deyilir (yəni tabiinə tabe olanlar, tabiindən rəvayət edənlər).

Tabiin dövrü peyğəmbərin vəfatından sonra (hicri 11) başlamış və hicri 180-ci ildə sona çatmışdır.

İslam fiqhi Quranda deyilənlərə əsaslanır, əgər birmənalı şərh yoxdursa, o zaman peyğəmbərin hədislərimə müraciət olunur, əgər onlarda da yoxdursa, tələbələrinin hədislərinə və s. baxılır.

Tabiin hədisləri İslam fiqhində mühüm mərhələdir. Yalnız Quran, Sünnə və səhabələrin hədisləri daha üstündür[1].

Tabiin müsəlmanlar və İslam mədəniyyəti üçün böyük maraq kəsb edir, çünki onlar bilavasitə səhabələrdən bilik almış, onu ötürmüş və İslama sədaqətlə xidmət etmişlər.

Tabiinin üç kateqoriyası var:

  • həddi-büluğa çatanda Peyğəmbərin yanında olan səhabələri görənlər.
  • orta yaşlarında Peyğəmbərin yanında olan səhabələri görənlər.
  • Peyğəmbərin dövründə çox gənc olan səhabələri görənlər.

Quran Tabiin haqqında buyurur:

" İslamı ilk əvvəl qəbul edib bu işdə başqalarından irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalacaqları, ağacları altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur, uğurdur!

“Tövbə” surəsi, 100-cü ayə.

"

“Əgər Rəsulullahın (Ona Allahın salavatı və salamı olsun) hədisi mənə çatsa, mən onu məmnuniyyətlə qəbul edərəm; əgər səhabələrdən birinin, (Allah onlardan razı olsun), sözü gəlsə mən onu məmnuniyyətlə qəbul edərəm; əgər onların ardıcıllarının sözü gəlsə (Tabiin - ardınca getmək deməkdir), biz insanıq, onlar da insandır.

Tabiinlərin siyahısı

[redaktə | mənbəni redaktə et]

Tabiinlərin sayı haqqında heç bir məlumat yoxdur, lakin səhabələrin tərcümeyi-hallarını təsvir edən kitablarda 10-12 min nəfər olması ehtimal edilir. Ən tanınmışları aşağıdakılardır:

Tabiin qadınlar:

  1. "4 sünni məzhəbi və onların qurucuları". 2008-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-23.