T29
T29 | |
---|---|
Tipi | Ağır tank |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | Sadəcə testlər keçmişdir |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 1944-1945 |
İstehsalçı |
Pressed Steel Car Company Detroit Arsenal |
İstehsal sayı | 8 |
Variantları | T29, T29E1, T29E2, və T29E3 |
Xüsusiyyətləri | |
Ağırlığı | 141,500 lb (0,064183 t; 0,063170 imperyal ton) müharibə yükündə |
Zireh |
Gövdə önü 102 mm maksimum top qalxanı 279 mm maksimum qüllə önü 249 mm |
Mühərrik | 1,649 kub inç (27 litr) Ford GAC V12 benzin mühərriki |
Mühərrik gücü | 650 a.g. (480 kW) net, 2800 dövrə/dəqiqədə |
Əsas silah |
105 mm top T5E1 (63 mərmi) (T29E1, T29E3) 105 mm top T5E2 (63 mərmi) (T29, T29E2) |
Köməkçi silah |
2 x .50 inç (12.7 mm) Browning M2HB pulemyotu, cütləşdirilmiş 1x .50 M2HB zenit pulemyotu (2,420 mərmi)1x .30 Browning M1919A4, gövdədə (2,500 mərmi) |
Uzunluğu |
11.57 m topu uzadılmış versiyada 10 m top qısaldılmış versiyada |
Eni | 3.80 m (tırtıllar ilə bərabər) |
Hündürlüyü | 3.20 m (qüllə ilə bərabər) |
Ekipaj | 6 (sürücü, tank komandiri, tuşlayıcı operator, 2 yükləyici, radiorabitəçi) |
Vikianbarda əlaqəli mediafayllar |
T29, T-29 ağır tankı və ya T34 ağır tankı, Almanların İkinci dünya müharibəsində istifadə etdikləri Tiger II ağır tanklarına qarşı çıxmaq üçün 1944-cü ilin martında başladılan Amerika ağır tank layihələrindən biri idi. Həmin dövrdə yaradılmış başqa bir tank olan, 42 tonluq T26E3 orta tankı (M26 Pershing kimi xidmətə qəbul edilmişdir), çəkisi 69 tona yaxın olan Tiger II-yə qarşı durmaq üçün kifayət qədər güclü silah və ya zirehə malik deyildi. Ağır tanklara qarşı mübarizə aparmaq məqsədi ilə hazırlanmış olan T29, Avropadakı müharibəyə daxil ola bilmədi, lakin müharibədən sonrakı dövrdə onu yaradan mühəndislərə öz mühəndislik konsepsiyalarını artilleriya və avtomobil komponentlərinə tətbiq etməyə imkanı yaratmışdır. Tankın transmissiya sistemi General Motors CD-850-1 crossdrive olub (üç qutulu (iki irəli, bir geri)), asqı təchizatı Burulma çubuğu olub, yanacaq həcmi 300 ABŞ qalonu (1,140 litr), əməliyyat mənzili 100 mil (160 km), maksimum sürəti isə 22 mil/saat (35 km/saat) təşkil etmişdir.
İnkişaf prosesi
[redaktə | mənbəni redaktə et]T29, T26E3 şassisinin uzadılmış versiyasına əsaslanırdı və təxminən brut 770 fren at gücü (570 kW), net 650 fren at gücü (480kW) istehsal edən bir ədəd Ford GAF mühərrikinə, daha ağır zirehə, sürücü üçün nəzərdə tutulmuş olan daha rahat idarəetmə sisteminə[1] və yüksək atış sürətinə malik olan 105 mm-lik T5 topunun yerləşdiyi nəhəng yeni qülləyə malik idi. Onun çəkisi boş vəziyyətdə 60 ton, döyüş yükü ilə bərabər isə 64 ton idi. Maksimum zireh qalınlığı Almanların Tiger II tanklarının 180 mm-lik zirehinə qarşı 279 mm idi,[2] Tiger II-nin uzunluğu 6,29 m olan 88 mm-lik[3] topuna qarşı 105 mm-lik 7,06 m uzunluğunda bir topu var idi. Allison V1710 V12 mühərriklərindən digər sınaq modellərində istifadə edilmişdir. T29-da qüllənin hər tərəfindən çıxıntı kimi görünən və aydın bir formada "qulaqlara" oxşayan məsafəölçən mövcud idi. 1945-ci il martın 1-də 1200 ədəd T29 tankının alınması üçün sifariş təklif edilmiş, lakin 12 aprel 1945-ci ildə bu rəqəm 1152-yə endirilmişdir; lakin İkinci dünya müharibəsinin bitməsindən qısa bir müddət əvvəl sadəcə olaraq bir ədəd T29 tankının istehsalı tam, ikincisinin isə qismən tamamlanmışdır. 1945-ci ilin avqustunda sifariş tamamilə ləğv edilmiş və müharibədən sonrakı sınaqlar üçün yalnız on ədəd T29 tankının alınmasına razılıq verilmişdir. Daha sonra isə bu rəqəm də 1947-ci ilin iyulunda səkkizə endirilmişdir.
Eyni zamanda hazırlanmış olan və T29 ilə sıx əlaqəli olan T30 ağır tankı da, demək olar ki, bu tank ilə eyni idi, lakin 155 mm-lik T7 topu və daha güclü mühərriki ilə yanaşı, silahın ağır sursatlarını yükləmək üçün əlavə bir ədəd də yükləyicisi var idi. Bu modeldən isə cəmisi iki ədəd istehsal edilmişdir.
T29 konsepsiyasının son variantı olan T34 ağır tankı, T29-un zirehi dağıtmaq qabiliyyətinin daha da artırılması üçün, 120 mm-lik M1 zenit silahına əsaslanan topa malik idi. Bu silah 120 mm T53 olaraq adlandırılmışdır. Bu silah, iki yükləyicisi ilə dəqiqədə maksimum 5 atəş aça bilirdi.[4] 23 kq çəkisi olan mərmilərini 960 metr/saniyəlik lülədən çıxış sürəti ilə atırdı. Daha yüngül olan HVAP mərmilərində isə lülədən çıxış sürəti 1200 m/s-yə qədər artırdı. Daha uzun və daha ağır olan topun çəkisini tarazlaşdırmaq üçün qüllənin arxasına 101mm-lik əlavə zireh qaynaq edilmişdir.[5] Müharibənin başa çatması ilə təkmilləşdirilmə dairəsi azaldılmış və yalnız iki ədəd prototipi istehsal edilmişdir. T34 tankları ilə əldə edilmiş olan təcrübələr M103 ağır tankının hazırlanmasında istifadə edilmişdir.
Corciyadakı Fort Benninqdə müasir dövrə qədər salamat qalmış olan bir neçə ədəd T29 tankı, zirehli maşınların sərgilərində nümayiş etdirilmək üçün hər zaman hazır vəziyyətdə anbarlarda saxlanılırlar. Bu tankların birində məsafəölçən mövcud olarkən, digərində isə yoxdur. İki tank və digər bir çox texnikanı 25-ci Piyada Alayı yolunda hasarlarla dövrəyə alınmış olan bir ərazidə görmək mümkündür. Bir ədəd T29 tankı isə Milli Zireh və Süvari Muzeyinin qarşısında yerləşdirilmişdir. Həmçinin də Miçiqan ştatının Uorren şəhərindəki Detroit Arsenalında məsafəölçəni olmayan bir ədəd T29 tankı var.