Spahi
Spahi — Fransa ordusunun tərkibində olan yüngül süvarilə növü.
Xidmətə cəlb olunanlar əsasən Əlcəzair, Tunis və Mərakeşin yerli əhalisindən idi. Termin Osmanlı süvarilərindən olan "sipahi" adının fransızca transkripsiyasıdır.
Seneqal spahisi
[redaktə | mənbəni redaktə et]Məğrib spahi alaylarına əlavə olaraq, Fransa Qərbi Afrikasında iki spahi eskadronu yaradılmışdır.[1] Sıravilər Seneqal və Fransa Sudanının (indiki Mali) yerli əhalisindən, zabitlər isə Şimali Afrika spahi bölmələrindən ezam olunmuşlar. 1928-ci ildə Seneqal spahiləri Atlı Jandarma olaraq yenidən təşkil edilmişdir.[2] Seneqal Respublikasının müasir Milli Jandarmeriyası ənənələri və forması müstəmləkə dövrünün Seneqal spahilərinə aid olan mərasim eskadronu daxildir.
İtaliya spahisi
[redaktə | mənbəni redaktə et]1912–1942-ci illərdə Liviyadakı İtaliya müstəmləkə rejimi Fransa–Əlcəzair modelinə uyğun olaraq, kəndlərdə və səhrada patrul etmək üçün istifadə edilən bir neçə spahi süvari birliklərini xidmətə götürmüşdür. Zabitlərinin italyan olmasına baxmayaraq, bu dəstələr yerli Liviya süvari birləşmələrindən daha az nizamlı idi. Spahi forması onların cəlb olunduğu tayfaların ənənəvi geyimləri əsasında işlənib hazırlanmışdır.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Pierre Rosiere, "Spahis - des spahis algeriens aux gardes rouges de Dakar", ISBN 2-901151-15-9 pp. 121–122
- ↑ Pierre Rosiere, "Spahis - des spahis algeriens aux gardes rouges de Dakar", ISBN 2-901151-15-9 p. 137
- ↑ Plates I & IV, "Under Italian Libya's Burning Sun", The National Geographic Magazine August 1925
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //