Soltannuxa
Soltannuxa | |
---|---|
40°53′24″ şm. e. 47°46′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 464 m |
Saat qurşağı | |
Soltannuxa — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Soltannuxa kəndi Böyük Pirəli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Soltannuxa kənd inzibati ərazi vahidi yaradılmışdır.[1]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Oykonim Soltan antroponimindən və Nuxa toponimindən ibarətdir. Kəndin əsasını Nuxa (indiki Şəki) şəhərindən çıxmış Soltan (Nuxalı Soltan) adlı şəxs qoyduğuna görə belə adlanmışdır. Rayonun ərazisində Soltanuşağı adlı yer də qeydə alınmışdır.[2] Kənd sakinlərinin verdiyi məlumata görə, Şəki bəyi olan Soltan bəy Şəkinin Nuxa adlandığı vaxtlarda bu kəndə sahiblənmiş və kəndin hazırkı adının Soltannuxa olması bilavasitə Nuxa kəndindən Soltan bəy mənasını daşıyır.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Kənd 1768-cu ildə yaradılmışdır. Qəbələ radiolokasiya stansiyası bu kəndin təpələrində yerləşir.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Soltannuxa kəndi təpədə meşədən, yamacda otlaq sahələrindən və ətəkdə isə yaşayış evlərindən ibarətdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2557 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Əhalinin meyvə bağları, tərəvəz sahələri olsa da, əsas gəlir xırda buynuzlu heyvandarlığın inkişafından götürülür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ Soltannuxa // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı: Oğuz eli, 2009.
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Qəbələ rayonu İnzibati Ərazi Vahidləri Arxivləşdirilib 2017-07-29 at the Wayback Machine
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Qəbələ rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |