Slavika Cukic Deyanoviç
Slavika Cukic Deyanoviç | |
---|---|
serb. Славица Ђукић-Дејановић | |
| |
5 aprel 2012 – 31 may 2012 | |
Əvvəlki | Boris Tadiç |
Sonrakı | Tomislav Nikoliç |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 iyul 1951 (73 yaş) |
Doğum yeri | Yuqoslaviya Raça, Yuqoslaviya |
Fəaliyyəti | siyasətçi, psixiatr, nazir |
Vikianbarda əlaqəli mediafayllar |
Slavika Cukic Deyanoviç (serb. Славица Ђукић Дејановић; 4 iyul 1951, Raça[d], Serbiya Sosialist Respublikası, Yuqoslaviya SFR) — serb siyasətçi, uzun müddət Serbiya Sosialist Partiyasının üzvü olmuş və 25 iyun 2008-ci ildən etibarən Serbiya Milli Assambleyasının sədridir.[1][2]
Slavika Cukic Deyanoviç Serbiya Milli Assambleyasına rəhbərlik edən ikinci qadındır. Nataşa Miçiç 2001-2004-cü illər arasında müstəqil Serbiya Respublikasının parlamentinin ilk sədri olmuşdur.
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]Slavika Cukic Deyanoviç 1983-cü ildə Belqrad Universitetinin Tibb fakültəsində magistr dərəcəsi almış, 1986-cı ildə isə doktorantura təhsilini başa vurmuşdur.[3][4] Deyanoviç 1982-ci ildən etibarən Kraquyevaçdakı Tibb Fakültəsində işləmişdir.[3] 1992-ci ildə professor assistenti, daha sonra isə dosent və birinci assistent olmuşdur.[3][4] 1996-cı ildə isə professor adı almışdır. 1995-2001-ci illər arasında Kraquyevaçdakı Kliniki Hospitalın direktoru vəzifəsində işləmişdir.[5] Deyanoviç Kraquyevaçdakı Psixiatriya Klinikasının direktoru, Tibb Fakültəsinin dekanı və Serbiya Psixiatrlar Assosiasiyasının vitse-prezidenti vəzifələrində işləmişdir.[6] Psixotrop maddələr komissiyasının prezidenti, Elm və Texnologiya Bölməsinin tərkibində fəaliyyət göstərən tibbi tədqiqatlar üzrə şöbənin idarə heyətinin üzvü olmuşdur.[7]
Siyasi karyerası
[redaktə | mənbəni redaktə et]18 yaşı olarkən Yuqoslaviya Kommunistlər İttifaqının üzvü olmuşdur.[8][9] Deyanoviç İttifaqın Daimi Fəaliyyət Konfransının rəhbəri və Kraquyevaç Liqasının Bələdiyyə Komitəsinin üzvü idi.[3] Deyanoviç 1990-cı il sentyabr ayının 12-dən Serbiya Sosialist Partiyasının üzvüdür.[10] O, Serbiya Sosialist Partiyasının İcraiyyə Komitəsinin üzvü və Serbiya Sosialist Partiyasının Kraquyevaç Regional Komitəsinin sədri idi. O, 1996-cı ildə birinci dəfə SSP-nin vitse-prezidenti seçilmiş və 1997-ci ilin aprel ayına qədər bu vəzifədə qalmışdır.[10] O, 12 may 2002-ci ildə və 4 dekabr 2006-cı ildə yenidən SSP-nin vitse-prezidenti vəzifəsinə seçilmişdir.[7] O, iki müddət ərzində Serbiya Assambleyasının və Federal Parlamentin üzvü kimi fəaliyyət göstərmişdir. O, Müvəqqəti Serbiya hökümətinin kabinetində 2000-ci ilin oktyabr ayından 2001-ci ilin yanvar ayına qədər Ailə naziri olmuşdur.[11][12][13][14][15]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Progressives, Socialists announce names of new ministers". B92. 22 July 2012. 20 February 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 July 2012.
- ↑ "Biografija Slavice Đukić-Dejanović". RTV Pink. 26 June 2008.
- ↑ 1 2 3 4 "Biografija Slavice Đukić Dejanović". Radio Slobodna Evropa (serb-xorvat). 24 June 2008. İstifadə tarixi: 13 June 2023.
- ↑ 1 2 "Slavica Đukić Dejanović". Istinomer (serb). İstifadə tarixi: 13 June 2023.
- ↑ "B92 - Info - SPS candidate elected parliament speaker". 26 March 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 July 2013. SPS candidate elected parliament speaker
- ↑ "Slavica Djukic-Dejanovic, Serbia's New Acting President". 5 April 2012. 4 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 September 2024.
- ↑ 1 2 "Prof. dr Slavica Đukić Dejanović | Bel Medic". Acibadem Bel Medic (serb). 3 April 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2023.
- ↑ "SPS PRELOMIO! Ivica Dačić za "Blic" otkrio ko će biti njihov kandidat za ministra prosvete". Blic.rs (serb). 13 June 2023. 13 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2023.
- ↑ Živić, Miona. "U Skupštinu stigao predlog da Đukić Dejanović bude ministarka prosvete". N1 (serb). 13 June 2023. İstifadə tarixi: 13 June 2023.
- ↑ 1 2 "PROFIL: Slavica Đukić-Dejanović". imovinapoliticara.krik.rs. 13 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2023.
- ↑ "RTS :: Društvo :: Dejanović: Ohrabriti LGBT zajednicu". www.rts.rs. İstifadə tarixi: 13 June 2023.
- ↑ "Dejanović: Gej parada neće smetati ugledu Srbije, naprotiv". Radio Television of Vojvodina. 28 September 2012. 13 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2023.
- ↑ Nicović, Boško. "Ministarka Đukić Dejanović učestvovaće na Paradi ponosa". N1 (serb). 16 September 2016. 13 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2023.
- ↑ Nicović, Boško. "Kampanja za zabranu abortusa "lajanje u prazno", država neće uskraćivati prava". N1 (serb). 10 February 2022. 13 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2023.
- ↑ Avakumović, Lana. "Šta sve nije u redu sa izjavom Slavice Đukić Dejanović o abortusu?". Talas (serb). 9 July 2018. 13 June 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2023.