Satton-Hu
Satton-Hu (Sutton Hoo) — Vudbricin şərqində İngilis Suffolk qraflığındakı kurqan nekropoludur. Burada 6-7-ci əsrlərdə Anqlo-Sakson kralının toxunulmamış cənazə gəmisi də daxil olmaqla, 1938-1939-cu illərdə Böyük Britaniya tarixindəki bəlkə də ən əhəmiyyətli arxeoloji tapıntılar edilmişdir[1].
Aşkarlanması
[redaktə | mənbəni redaktə et]Alimlər Satton-Hu xəzinəsini Edit Meri Prittinin marağı və enerjisi sayəsində kəşf etdilər. Yerli qocalardan kurqanların içərisində qızıl olduğunu eşidən bu şəxs mistik ritualları çox sevirdi. Pritti təpələrdə sirli fiqurlar görməyə başlayanda, qazıntı apararaq ruhları sakitləşdirmək qərarına gəlir və kömək üçün İpsviç Diyarşünaslıq Muzeyinin işçilərinə müraciət etdi.
Xanım Pritti qazıntı işlərinə haradan başlayacağı - böyük kurqandan (əvvəllər soyğunçular tərəfindən açıq şəkildə hücuma məruz qalan böyük təpədən) yoxsa üç kiçik təpədən - sualı ilə qarşılaşdı. Əvvəlcə kiçik təpə açıldı, ancaq orada aşkar edilən həvəskar arxeoloqları məyus etdi - görünür, xəzinə ovçuları dəfn otağını çoxdan ziyarət etmişdilər. 1939-cu ilin mayında böyük təpə açıldı və qazıntının nəticələri bütün gözləntiləri aşdı.
Dəfn kamerasının içərisində cənazə qayığının çürümüş qalıqları tapıldı - onun vəziyyəti mismar tapıntılarına əsasən qiymətləndirilə bilər. Əraziyə gələn Kembric Universitetinin nümayəndələri müəyyən etdilər ki, bu məzarlığa ən bənzər İsveçdəki Vendel və Köhnə Upsala qəbristanlığından məlumdur. İngilis qanunlarına görə, tapılan xəzinə xanım Prittinin mülkiyyətinə keçdi və o xəzinəni səxavətlə İngilis millətinə vəsiyyət etdi[2] .
Xəzinə
[redaktə | mənbəni redaktə et]Böyük kurqanda tapılan tapıntılar çoxdur və əksəriyyətinin Britaniya adalarında bənzəri yoxdur[3][4]. Ən əhəmiyyətli nümunələr arasından aşağıdakıları göstərmək olar:
- böyük dəyirmi qalxan və qranat ilə bəzədilmiş, qızıl tutacaqlı (saplı) qılınc;
- heyvan üslubunda qızıl toka və maral şəklində əsa (Skeptron);
- qunduz dərisinə bükülmüş altı simli lira;
- Merovinq qızıl sikkələri olan pul kisəsi;
- Bizans və Misir mənşəli gümüş əşyalar.
Cənazənin skeletinin olmaması tədqiqatçıları dəfnin Kenotaf olması fikrinə gətirib çıxardı. Ancaq insan qalıqlarının bütün izlərinin yüksək turşuluğu ilə seçilən Suffolk torpağında əriyib yox olması da istisna deyil. Tapıntı yerində aparılan mikrolementlərinin ən son analizi bunu sübut edir[5]. Satton-Huda dəfn olunan şəxsin kimliyi məlum deyil. Çox güman ki, qəbir şərqi-ingilis kralı Redvalda (təxminən 599-624) aiddir.
Dəyəri
[redaktə | mənbəni redaktə et]1942-ci ildə xəzinə ovçusunun ölümündən sonra, böyük kurqanın xəzinələri Britaniya muzeyinin kolleksiyasına daxil oldu. Kurqanlar və onların ətrafındakı təkrar qazıntılar zamanı tapılan daha az əhəmiyyətli əşyalar indi İpsviç muzeyində nümayiş olunur.
2002-ci ildə Satton-Huda turizm mərkəzi açıldı. Açılış mərasimində Nobel mükafatı laureatı Şeymas Hini, Beovulf tərcüməsindən bir hissə oxudu. Anqlosakson poeması təsadüfi seçilmədiyi kimi, Satton-Hu dəbilqəsinin tez-tez poemanın nəşrlərinə illustrasiya üçün istifadə edilməsi də təsadüfi deyildi. Axı Vudbric yaxınlığındakı qəbir, 6-7-ci əsrlər anql və sakslarının naməlum dünyasına - Anqlosakson eposunda əks olunan həmən dünyaya baxmağa imkan verirdi.
Satton-Hu tapıntılarına ən yaxın arxeoloji tapıntıların məhz İsveçdə aşkarlanması, Höt (isv. götar, göter) hökmdarının qəhrəmanlıq əfsanələri ilə əlaqəsini möhkəmləndirir. Bu uzlaşmanı izah etmək üçün Şərqi İngiltərənin hakim sülaləsinin Hötlər torpağından gəlməsi fikri irəli sürülür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ [https://www.britannica.com/EBchecked/topic/575834 Sutton Hoo (archaeological site, Suffolk, England, United Kingdom)] Encyclopædia Britannica Online ensiklopediyasında
- ↑ "Archaeology: The Basics - Clive Gamble - Google Books". 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-19.
- ↑ Gardner’s Art Through The Ages. 12th edition. ISBN 9780495004783. Page 303.
- ↑ The History of British Art, Volume 1: 600—1600. Yale Center for British Art, 2008. Page 44.
- ↑ Tanya Knight Ruffin. Sutton Hoo: The Body in the Mound — A Thesis. Louisiana State University, 2006.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Daisy Elisabeth Martin-Clarke. Culture in Early Anglo-Saxon England. Ayer Publishing, 1979.
- Carver M. O. H. The Age of Sutton Hoo: The Seventh Century in North-Western Europe. Boydell Press, 1992.