Sardana

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Barselona şəhərində, müqəddəs Yakov meydanında sardana rəqsini oynayanlar.

Sardana və yaxud sardans (kat.sardanes)-kataloniyalıların milli rəqsi olub. Rəqs yallı xarakteri daşıyır. Rəqs edənlər cərgəyə düzülüb əl-ələ tutaraq musiqi sədaları altında müəyyən rəqs hərəkətləri ifa edirlər. Sardananın harda və nə zaman yaranması tarixi dəqiq məlum deyil.

Məlumdur ki, bu rəqs XVII –ci əsrdən məşhurdur. Sardana kataloniyalıların milli ruhunu əks etdirir. Bu rəqs həm də "etiraz rəqsi" adlanır. Cünki bu rəqsi peşəkar rəqqaslar səhnədə, sadə insanlar isə meydanda ifa edir. Frankonun diktaturası zamanı sardana rəqsi rəsmi olaraq qadağan edilmişdi.

Müasir zamanda bu rəqsin iki növü yayılmışdır. Tarixi-original qısa sardana (sardana curta) və daha populyar olan müasir dəbli – uzun sardana (sardana llarga).

Sardananı tez-tez milli kobla orkestrlərinin müşayəti altında meydanlarda rəqs edirlər. İspaniya və Fransa Kataloniyalarında həvəskarlardan ibarət olan bu milli orkestrlərin sayı 130-a çatır. Kataloniyanın ərazisindən kənarda yalnız birkobla orkestri tanınır (Cobla La Principal d Amstredam).

Rəqs edənlər adətən şəxsi əşyalarıni oqurlamasınlar deyə rəqsdən əvvəl rəqs dairəsinin ortasına yığırlar ki, rəqs zamanı əşyalarına nəzarət edə bilsinlər.