46°02′ şm. e. 29°40′ ş. u.HGYO

Sarata

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şəhər tipli qəsəbə
Sarata
ukr. Сарата
46°02′ şm. e. 29°40′ ş. u.HGYO
Ölkə  Ukrayna
Vilayət Odessa
Rayon Sarata
Qəsəbə başçısı Anatoli Neqodyayev
Tarixi və coğrafiyası
Əsası qoyulub naməlum
İlk məlumat 1822
Əvvəlki adı Qura-Kuruder
Yaşayış məntəqəsi statuslu 1957
Sahəsi 5,01 km²
Mərkəzin hündürlüyü m
İqlimi orta quru-çöl
Saat qurşağı UTC+2 , yayda UTC+3
Əhalisi
Əhalisi 4,363[1] nəfər (2017)
Sıxlığı 908.2 nəf./km²
Milli tərkibi ukrayın, rus, bolqar, moldovan
Rəsmi dili ukrayn dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +380 4848
Poçt indeksi 68202
Nəqliyyat kodları BH, НН / 16
Xəritəni göstər/gizlə
Sarata xəritədə
Sarata
Sarata
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Sarata (ukr. Сарата; keçmişdə – Qura-Kuruder) — Ukraynada şəhər tipli qəsəbə, Odessa vilayətinin Sarata rayonunun inzibati mərkəzi.

Sarata (rus. duzlu) adı eyniadlı bir çaydan törəyir. Əvvəllər qəsəbənin adı Qura-Kuruder idi. Bu qəsəbə tatarlar tərəfindən qurulmuşdur.[2]

Qəsəbə şurasının ərazisinin ümumi sahəsi 2187 hektardır, qəsəbənin ərazisinin ümumi sahəsi isə 1132 hektardır.[3]

Qəsəbədə 1,022 fərdi ev və 2,193 mənzil var. Kənd ərazisində regional əhəmiyyətli büdcə təşkilatları var. Qəsəbədə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən bir neçə istehsal müəssisəsi də fəaliyyət göstərir.[4]

Sarata köhnə alman müstəmləkəçilərin yaxınları tərəfindən ziyarət edilir. Almaniyadan gələn turistlər keçmiş alman müstəmləkəçilər tərəfindən tikilmiş tikililər – ibadət evi, kirxalar və başqa memarlıq abidələrini ziyarət edirlər.[5]

Qəsəbədə qırx səkkiz millətin nümayəndələri yaşayır. Qəsəbə əhalisinin 58%-i ukrayın, 32%-i rus, 4%-i bolqar, 3%-i isə digər millətlərin nümayəndələrindən ibarətdir.[6]

Saratada iki məktəb – ibtidai siniflər üçün məktəb (1-5 siniflər) və orta məktəb (5-11 siniflər) var.[7]

Tanınmış sakinləri

[redaktə | mənbəni redaktə et]

Saşa Qrossman (1907–1976) — Çexoslovakiya yazıçısı, trombonçu.

  1. "yanvar 2017-ci il tarixindən "Ukraynanın mövcud əhalisinin sayı" statistika toplusu PDF(zip)". 2018-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-14.
  2. Smelı, V.A. Ukrayna Tarix Ensiklopediyası. Ukrayna Milli Elmlər Akademiyasının Ukrayna Tarix İnstitutu. 2010. səh. 728.
  3. Marinich, O.M. Ukrayna Coğrafiya Ensiklopediyası: 3 cilddə. M.P. Bajan adına «Ukrayna Sovet Ensiklopediyası». 1989. səh. 547.
  4. Petrenko, Y.A. Ukrayna Xatirə Kitabı (Odessa vilayəti Т.7 Savran rayonu, Sarata rayonu, Tarutin rayonu, Tatarbunar rayonu, Frunzivka rayonu — Odessa). Aspekt. 1995. səh. 735.
  5. Topçiyev, A.Q. Odessa vilayəti: Ərazi təşkilatı və iqtisadiyyatın strukturu, sosial-iqtisadi inkişafın konsepsiyası. Odessa: Mayak. 1991. səh. 312.
  6. Çeredniçenko, A.P. Ukrayna SSR-nin şəhərləri və kəndlərinin tarixi (Odessa vilayəti). M.P. Bajan adına «Ukrayna Sovet Ensiklopediyası». 1978. səh. 858.
  7. Kubiyoviç, V. Ukraynaşünaslıq Ensiklopediyası. Paris, Nyu-York: «Molode jittya» (Gənc həyat). 1954–1989. səh. 1976.