Səyahət (film, 1974)
Naviqasiyaya keç
Axtarışa keç
Səyahət | |
---|---|
it. Il viaggio | |
Janr |
dram melodram |
Rejissor | Vittorio de Sika |
Prodüser | Karlo Ponti |
Əsərin müəllifi | Luici Pirandello |
Ssenari müəllifləri |
Diyeqo Fabbri Massimo Françoza Luiza Montanyana |
Baş rollarda |
Sofi Loren Riçard Börton |
Operator | Ennio Qvarnyeri |
Bəstəkar | Manuel de Sika |
Rəssam | Luici Skaççyanoçe |
İstehsalçılar |
Compagnia Cinematografica Champion (İtaliya) C.A.P.A.C. (Fransa) |
İlk baxış tarixi | 11 mart 1974 |
Filmin növü | bədii film |
Müddət | 102 dəqiqə |
Ölkələr |
İtaliya Fransa |
Dil | italyan dili |
İl | 1974 |
Rəng | rəngli |
Çəkiliş yeri | Siciliya |
IMDb | ID0072364 |
"Səyahət" (it. Il viaggio) — rejissor Vittorio de Sikanın İtaliya-Fransa istehsalı olan filmi.
Məzmun
[redaktə | mənbəni redaktə et]Adriana de Mauro Çezare Braciyə aşiq olub. Lakin Çezare atasının son qərarını biləndən sonra öz qardaşı Antoni ilə Adriananın evlənməsinə razılıq verir. Amma məsələ elə gətirir ki, Antonio avtomobil qəzasında həlak olur. Adriana ərinin ölümünə kədərlənir və Çezare onu yenidən həyatına qaytarmağa çalışır. Qadının keçirdiyi ağır günlər nəticəsində onda ağrılar və başgicəllənmələrlə müşahidə olunur. Çezare onu həkimə aparır. Həkim müayinədən mənfi diaqnoz qoyur: Adriana sağalmaz xəstəliyə tutulub və çox yaşamayacaq. Çezare vaxt itirmədən ona evlilik təklifi edir. Buna baxmayaraq, onların münasibətləri Adriananın anasının xoşuna gəlmir.
Film haqqında
[redaktə | mənbəni redaktə et]- Film Vittorio de Sikanın kinoda son işidir.[1][2] Belə ki, film ekranlara çıxandan səkkiz ay sonra rejissor vəfat etmişdir.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Əsərin müəllifi : Luici Pirandello
- Ssenari müəllifləri : Diyeqo Fabbri, Massimo Françoza, Luiza Montanyana
- Rejissor : Vittorio de Sika
- Operator : Ennio Qvarnyeri
- Rəssam : Luici Skaççyanoçe
- Bəstəkar : Manuel de Sika
- Prodüser : Karlo Ponti
- Montaj : Kim Arkalli
- Geyim rəssamları : Marsel Eskofye, Bruno Raffaelli
- Qrim : Cüzeppe Annunsiata, Ron Berkeli, Alessandro Yakoponi
- Səs rejissoru : Karlo Palmyeri
- Dirijor : Aleksandr Blonkştayner
- Xoreoqraf : Umberto Perqola
Rollarda
[redaktə | mənbəni redaktə et]Aktyor | Rol |
---|---|
Sofi Loren | Adriana de Mauro |
Riçard Börton | Çezare Braci |
İen Bennen | Antonio Braci |
Barbara Pilavin | Adriananın anası |
Renato Pinçiroli | həkim Maşione |
Daniele Varqas | vəkil don Liborio |
Sercio Bruni | Armando Cill |
Ettore Ceri | Rinaldo |
Olqa Romanelli | Klementina |
İzabell Marşal | gülçü |
Rikkardo Manqano | həkim Karlini |
Annabella İnkontrera | Simona |
Antonio Anelli | Cakomo Puççini |
Luka Bonikalsi | |
Franko Lauriano | vəkilin köməkçisi |
Paolo Lena | Nandino |
Françesko Leone | |
Covanni Lo Kaşo | |
Covanni Lo Monako | |
Cüzeppe Namio | |
Tito Nikotra | |
Barri Simmons | həkim de Paolo |
Mükafatlar və nominasiyalar
[redaktə | mənbəni redaktə et]Mükafatlar
[redaktə | mənbəni redaktə et]1974-cü ilin "Devid di Donatello" mükafatı:
[redaktə | mənbəni redaktə et]- Ən yaxşı aktrisa – Sofi Loren
1974-cü ilin "San-Sebastyan" beynəlxalq kinofestivalının mükafatı:
[redaktə | mənbəni redaktə et]- Ən yaxşı aktrisa – Sofi Loren
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Il Viaggio". 2016-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-12.
- ↑ "The Voyage". NY Times. 2011-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 avqust 2016.