Səid Baduyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səid Baduyev
Doğum tarixi 14 sentyabr 1904(1904-09-14)
Doğum yeri
Vəfat tarixi 20 dekabr 1943(1943-12-20) (39 yaşında)
Fəaliyyəti şair, yazıçı
Fəaliyyət illəri 1927-ci ildən
Üzvlüyü

Səid Baduyev[1][2] (14 sentyabr 1904, Qroznı, Terek vilayəti20 dekabr 1943) — Çeçen yazıçısı, Çeçen ədəbiyyatının banilərindən biri. Əsərlərini əsasən çeçen və rus dillərində yazmışdır.

Said Baduyev 1904-cü ildə Qroznı şəhərində (Çeçenistan) bir tacir ailəsində anadan olmuşdur. O, uşaq ikən yetim qalır. Said Baduyevin atası Süleyman Urus-Martanda dünyaya gəlir. Süleyman Rus-yapon müharibəsinə qatılır və 1914-cü ildə Petroqradda müharibədə aldığı yaralardan dünyasını dəyişir. Anası Ukayev Zaybat Starıye Atağı kəndindəndir. Səid Baduyev Qroznı real məktəbində oxumuşdur. Təhsil haqqını ödəmək üçün pul çatışmazlığı səbəbindən o, məkdəbdən xaric edilir. 1922-ci ildə Vladiqafqazdakı kooperativ kurslarını bitirir. 1938-ci ildə repressiyaya məruz qalır. Ölümündən sonra reabilitasiya edilir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Baduyevin ilk əsərləri 1927-ci ildə nəşr edilmişdir. 1920-ci illərin sonu 1930-cu illərin əvvəllərində "Quyu", "Beşto", "Odlu dağ" hekayələrini, hekayələr toplusu olan "Adatı", "Aclıq" hekayəsi, "Həmişə molla bayram deyil" pyesi kimi əsrlərini yazır. Müəllif bu əsərlərində dini xurafatları və feodalizmin qalıqlarını tənqid edir, dağlıların Oktyabr inqilabından əvvəlki həyatını təsvir edir. Baduyev "Petimat" şeirində qadınların azadlığı məsələsini qaldırır. "Qırmızı Qala" (Rusiyadakı Vətəndaş müharibəsi haqqında), "Tsebanın evlənməsi", "Qızıl göl", "Siyasi Şöbə" pyeslərini də yazır. "Bağçamız" şeirlər toplusunu da xüsusi seçilir. Vətənpərvər, müharibə əleyhinə motivlər Baduyevin yaradıcılığındakı inqilabi qəhrəmanlıqlarla ayrılmaz şəkildə bağlıdır.

30-cu illərin birinci yarısında Səid Baduyev üç şeir toplusu nəşr etdirir. Onlara daxil olan əsərlər böyük maraq doğurur.

Çeçen sovet ədəbiyyatının banisi Səid Baduyevin yaradıcılıq yolu on ildən bir az çox davam edir, lakin bu müddət ərzində bir çox pyes, bir roman, bir çox hekayə, şeir yazmağı bacarır.

1934-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. Bir çox əsərləri Xanbaba Nurədilov adına Çeçenistan Dövlət Dram Teatrında səhnələşdirilmişdir.

  1. "Бадуев, Саид Сулейманович". 2021-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-10.
  2. "Бадуев Са1ид Сулейманович". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-10.