Sütun

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əl-Üqsür məbədində sütunlar

Sütun — memarlıqda daşıyıcı sistemə verilən ad. Sütunlar tikilinin daxilində tavan ilə döşəmə arasında tikilir. Qədim dövrlərdə tikililəri ayaqda tutmaq üçün istifadə olunurdu. Əvvəllər sütunların düzəldilməsində daş, ağac kimi materiallardan istifadə olunurdusa, müasir dövrdə sütunlar dəmir-beton konstruksiyasından düzəldilir

Sütunlar tikilinin tavanın yaratdığı yükü döşəməyə ötürürlər. Buna görə sütunda baş verəcək hər hansı zədə tikilinin çökməsinə səbəb ola bilər.

Dünyada sütunlardan ilk dəfə istifadə olunduğu Qədim Misirdə e.ə. 2600-cü ildə tikilən İmotep məbədində müşadidə olunmuşdur. Sütunlardan istifadə edən digər xalq isə farslar olmuşdur. Farslara aid Abadana məbədində 70X70 metr ölçülərundə sütunlar tapılmışdır və bu sütunların çoxu həkə də ayaq üstündədir.

Sütunlar dünya tarixində sadəcə memarlıqda deyil, həmçinin vergi daşı, sədəqə daşı kimi istifadə olunmuşdur.

Düzəldilməsi

[redaktə | mənbəni redaktə et]

Sütunlar bir çox üsullarla düzəldilə bilər. Sütunu ayri-ayri hissələri düzəldib, sonra üst-üstə qoyub düzəltmək və ya daşdan bir başa yonaraq düzəltmək mümkündür.

Qədim dövrlərdə nəhəng sütunların hazırlanması və daşınması çətin olduğundan əsasən ayrı hissələri birləşdirib sütun hazırlayırdılar.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Sütunlar". Memarlıq bloqu (az.). memarliq.com. 2014. İstifadə tarixi: 2014-10-09.