Rokki

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rokki
ing. Rocky
Janr Döyüş filmi
Rejissor Con Evildsen
Prodüserlər Robert Çartoff
İrvin Uinkler
Con Kirkvud
Ssenari müəllifi Silvestr Stallone
Baş rollarda Silvestr Stallone
Taliya Şayr
Bört Yanq
Karl Uezers
Börcess Meredit
Tayer Devid
Toni Börton
Operator Ceyms Kreyb
Bəstəkar Bill Konti
Rəssamlar Uilyam Kessidi
Ceyms Spenser
Rey Molino
İstehsalçı Chartoff-Winkler Productions
Distribütor MOKEP[d], Netflix
İlk baxış tarixi ABŞ 21 noyabr 1976
Filmin növü Dram filmi
Müddət 119 dəqiqə
Büdcə $1.1 milyon
Gəlir $225 milyon[1]
Ölkə ABŞ ABŞ
Dil İngilis dili
İl 1976
Sonrakı film Rokki 2
Rəng rəngli
Çəkiliş yeri Santa-Monika, Filadelfiya
IMDb ID0075148
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rokki (ing. Rocky) — 1976-cı ildə istehsal olunmuş ABŞ filmidir. Film 3 Oskar mükafatına layiq görülmüşdür.[2] Filmdə uydurulmuş boksçu Rokki Balboanın həyatından söhbət açılır. Bu film əsas ilham mənbəyini əfsanəvi "Boks Kralı" Məhəmməd Əlinin Çak Vepnerlə olan döyüşündən götürür. Çak Vepner 1975-ci ildə keçirilən yarışmada Məhəmməd Əliyə məğlub olmuşdur. Rokkinin prototipi Çak Vepner. Həqiqətən də, Çak Vepner Məhəmməd Əlini 9-cu raundda nokdauna göndərmişdir. Lakin 15-ci raundda Məhəmməd Əli dayanmadan xeyli sayda ağır zərbələr endirərək onu nokauta salmışdır.Beləcə, Məhəmməd Əli döyüşün qalibi olmuşdur. Apollo Kridin prototipi Məhəmməd Əlidir. Bəzən tamaşaçılar Rokki personajının prototipini rinqdə bircə dəfə də məğlub olmamış italyan əsilli ABŞ boksçusu Rokki Marçiano ilə eyni tuturlar. "Rokki" filmi 2006-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.[3][4]

1975-ci il, 25 noyabr, Filadelfiya ştatının Kensinqton şəhəri. Rokki Balboa adında boksçu səhərlər italyan mafiozunun yanında çox kiçik vəzifədə işləyir, gecələr isə məşq edərək boks turnirlərində iştirak edir. Rokki köhnə olan kiçik bir evdə çox kasıb həyat sürür. Boksçulardan biri "Sümüksındıran" ləqəbli Apollo Krid döyüşməmişdən əvvəl onun rəqibi əlindən zədə alır. Bu xəbəri eşidən Apollo böyük populyarlıq əldə etməsi üçün onun haqqında reklam aksiyasını geri döndərmək istəmir. Bu səbəbdən Apollo digər rəqiblə mübarizə aparmaq üçün müxtəlif cəhdlər edir. Sonda Apollo Rokkiyə rast gəlir. Apollo Krid onun "İtalyan dayçası" ləqəbindən çox xoşu gəlir və ona tanınmaq üçün şans verir. Rokki Apollo ilə döyüşməyə razılıq verir. Razılaşmadan sonra Apollo televiziyada "Amerika imkan ölkəsidir" sitatını söyləyərək tanınmayan boksçunun uğur əldə etməsinə imkan yaradır. Bu müddətdə Rokki dükanda satıcı vəzifəsində çalışan utanacaq Edrian Pennino ilə münasibət qurmağa çalışır. Əvvəllər Rokkidən xoşlanmayan Edrian sonralar Rokki ilə münasibət qurur. Rokki rəqibi Apollo kimi məşq etməyə başlayır. Rokkinin müəllimi 1920-ci illərin məşhur boksçusu Mikki Qoldmill, Apollonun məşqçisi isə Toni "Dyuk" Eversdir.

Apollo Krid və Rokki Balboa arasında baş verən döyüş 1976-cı il 1 yanvar tarixində baş verir. Apollo rəqibinin böyük uğur əldə etməsinə inanmayaraq onu asanlıqla məğlub edəcəyinə inanır. Lakin ilk rinqdə Rokki Apollonu nokdauna yollayır. Apollo ayılan zaman bundan heyrətlənir. Rokki 15 raundun hamısına dözərək bütün döyüşlərə tab gətirməyi bacarır. Yarışmanın sonunda Apollo revanşın olmamasını istəyir. Rokki isə revanşın heç kimə lazım olmamasını söyləyir. Yarışma bitdikdən sonra hakimlərin qərarı sayəsində Apollo xal hesabına (8:7, 7:8, 9:6) qalib olur. Bu yarışma Apollonun həyatında ən ağır yarışma olur. Jurnalistlər Rokkidən müsahibə alan zaman Rokki Edrian, Edrian isə Rokki deyə çağırır. Edrian Rokkini qucaqlayaraq onu sevdiyini söyləyir.

Aktyor/aktrisa Rol Qeydlər
Silvestr Stallone Rokki Balboa Az tanınan boksçu, filmin baş qəhrəmanı
Taliya Şayr Edrian Pennino Rokkinin sevgilisi
Bört Yanq Poli Pennino Edrianın qardaşı
Karl Uezers Apollo Krid Məşhur boksçu, Rokkinin rəqibi
Börcess Meredit Mikki Qoldmill Rokkinin məşqçisi
Toni Börton Apollonun məşqçisi
Tayer Devid Cergens
Diana Levis TV Şərhçisi
Corc O'Hanlon TV Şərhçisi
Larri Kerroll TV Jurnalisti
Codi Letizia Mariya
Frenk Stallone Xronometrist Stallonenin real həyatdakı atasıdır.
Butkus Stallone Rokkinin iti Stallonenin real həyatdakı itidir
  1. "Rocky". Boxofficereport.com. Box-office data. June 5, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 14, 2012.
  2. "Inside the Actors Studio with Sylvester Stallone". 2006-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 Sentyabr 2006.
  3. "Librarian Adds 25 Titles to Film Preservation List: National Film Registry 2006". Library of Congress.gov. June 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 11, 2010.
  4. "Rocky, Fargo join National Film Registry". reuters.com. 2006-12-28. 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 11, 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]