Rodni Uilyams

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rodni Erray Lourens Vilyams
ing. Rodney Errey Lawrence Williams
Antiqua və Barbudanın general-qubernatoru
14 avqust 2014 – h.h
ƏvvəlkiLuiza Leyk-Tek
Şəxsi məlumatlar
Doğum tarixi (77 yaş)
Doğum yeri Svites, Antiqua və Barbuda
Təhsili
Fəaliyyəti siyasətçi, həkim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rodni Erray Lourens Vilyams (ing. Sir Rodney Errey Lawrence Williams; 2 noyabr 1947, Svites[d], Sent Pol səmti[d]) — Antiqua və Barbudanın 4-cü general-qubernatoru.

Rodni Sent Pol bölgəsinə təyin edilmiş Antiqua İşçi Partiyasının sabiq üzvü Ernest Emmanüel Vilyams və məktəb müəllimi olan İrina Vilyamsın oğludur.

Vilyams Sent Consda yerləşən "Antigua Grammar School"-da orta təhsilini aldı. Sonra elə həmin məktəbdə bir il müəllim kimi dərs verdi. Daha sonra Monadakı "West Indian University" şəhərciyində tibb təhsili aldı.

İxtisasca həkimdir. Tibb və Cərrahiyyə ixtisasını 1976-cı ildə Qərb Hindlər Universitetində almışdır. 1978-ci ildən Barbadosdakı Kraliça Elizabet Xəstəxanasında təcrübə keçdikdən sonra Antiqua və Barbudada tibb təcrübəsini davam etdirmişdir.

Rodni 1984-cü ildə siyasətə atasının da təmsil etdiyi Sent Pol bölgəsindən parlament üzvü olaraq başlamışdır.[1]

Təhsil, Mədəniyyət və Texnologiya Naziri fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1994-cü ildə təşkil olunan ümumi seçkilərdə Antiqua İşçi Partiyasının qələbəsindən sonra Baş nazir Lester Börd Vilyamsı Təhsil, Mədəniyyət və Texnologiya Naziri təyin etdi. 2004-cü ildə siyasi fəaliyyətinin sonuna qədər o, bu vəzifəni icra etdi.

Vilyams Təhsil Naziri olduğu dövrdə ən mübahisəli qərar təhsil vergisini tətbiq edən Təhsil Şurası Qanununun Parlamentə təqdim edilməsi idi. Bu orqanın rolu, ölkədəki dövlət məktəbləri üçün lazım olan dəftərxana ləvazimatları və digər vəsaitlərin maliyyələşdirilməsindən ibarət idi. Layihə birinci dəfə Nümayəndələr Palatasına təqdim edildikdə, müxalifət qüvvələri ölkənin paytaxtı Sent Consun mərkəzi küçələrindən yığışdı.

General-qubernator fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rodni 14 avqust 2014-cü ildə Antiqua və Barbudanın 4-cü general-qubernatoru vəzifəsinə and içdi.[2]

Rodni 17 oktyabr 2014 tarixində Kraliça II Elizabet tərəfindən Müqəddəs Maykl və Müqəddəs Georgi Ordeni ilə təltif edildi. 2014-cü ilin noyabr ayında Vilyams Kastro Hersoqu şahzadə Karlo tərəfindən I Fransis Ordeninin ilə təltif edildi.

  1. "Arxivlənmiş surət". 2016-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-22.
  2. https://web.archive.org/web/20140819125454/http://caribtimes.com/2014/08/13/hail-and-farewell/

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]