Rene Laennek
Rene Laennek | |
---|---|
Rene Teofil Qiaçint Laennek | |
Doğum tarixi | 17 fevral 1781[1][2][…] |
Doğum yeri | Kemper, Finister departamenti Fransa |
Vəfat tarixi | 13 avqust 1826[1][2][…] (45 yaşında) |
Vəfat yeri | Ploare, Finister departamenti Fransa |
Vəfat səbəbi | vərəm |
Vətəndaşlığı | Fransa |
Elm sahəsi | tibb |
İş yeri | De Fransa Koleci |
Alma-mater | Nekker-Anfan-Malyad Hospital mərkəzi |
Tanınır | Stetoskopu kəşf etmişdir |
Mükafatları | "Fəxri Legion" ordeni |
Vikianbarda əlaqəli mediafayllar |
Rene Teofil Qiaçint Laennek (fr. René-Théophile-Hyacinthe Laënnec;; 17 fevral 1781[1][2][…], Kemper – 13 avqust 1826[1][2][…]) — fransız həkimi və anatomu, klinik və anatomik diaqnostik metodun banisi, stetoskopun ixtiraçısı [3].
Həyatı
[redaktə | mənbəni redaktə et]1781-ci il fevralın 17-də Kemperdə anadan olub. 1786-cı ildə anası vəfat etdikdən sonra əvvəlcə abbat olan babası, 6 il sonra isə əmisi - məşhur həkim, Nant Universitetinin rektoru Qiyom Laennek tərəfindən tərbiyə edilmişdir.
14 yaşında klassik məktəbi bitirmiş, alman, ingilis, yunan və latın dillərini mükəmməl şəkildə öyrənmişdir. 14 yaşından etibarən Nant xəstəxanalarında tibb elmləri öyrənmiş və səhiyyə bölmələrinə qatılmışdır. Laennekin ən sevimli həkimi ilk əvvəllər münasibətləti soyuq olan Paris Tibb Məktəbinin professoru, Paris Elmlər Akademiyasının və Paris Tibb Akademiyasının üzvü olan fransız cərrah Qiyom Dyupyuitrendir. 1799-cu ildə Respublika Ordusunda cərrah köməkçisi vəzifəsinə xidmətə girdi. 1801-ci ildə Parisdəki klinikalardan birində Napoleonun şəxsi həkimi olan M. Biş və J.Korvizardın rəhbərliyi altında işləmişdir. 1802-ci ildə peritonitin əlamətlərinin təsvirinə həsr olunmuş ilk elmi əsəri çap olunmuşdur. Qısa bir müddət sonra isə qaraciyər sirrozu və beyinin membranlarının anatomiyası haqqında məqalələri dərc edildi. 1804-cü ildə Laennek "Hippokratın təlimləri və praktik tibb" mövzusunda dissertasiya işini müdafiə etdi. Sonra özəl tibbi təcrübə ilə məşğul oldu, həmçinin xəstələrin müşahidələrinin nəticələrinə dair bir çox məqalə dərc etdirdi. 1814-cü ildə "Tibbi Jurnalı"nın baş redaktoru oldu. 1816-cı ildən Parisdəki Nekker Xəstəxanasında həkim olaraq çalışmışdı.
Stetoskopun kəşfi
[redaktə | mənbəni redaktə et]1816-cı ildə Laennek bir stetoskopu icad etdi və xəstələri dinləmək üçün yeni bir metod hazırladı. Bu hadisəni Laennekin özü belə təsvir edir: "Məni ürək xəstəliyinin əlamətləri olan gənc bir qadını yoxlamağa dəvət etmişdilər. Onun bədəni həddən artıq piyli olduğundan ürək döyüntülərini eşitmək mümkün olmadı. Bütün göstərdiyim səylər heç bir nəticə vermədi. Ancaq xəstənin yaşı və cinsi yuxarıda göstərilən tədqiqat metodunu həyata keçirməyə imkan vermədiyi üçün məşhur akustik fenomeni xatırladım: içi boş ağacın bir ucuna qulaq qoyaraq onun digər ucuna toxunmağı mükəmməl bir şəkildə eşidə bilərsiniz. Bir vərəq götürdüm ondan dar bir silindr hazırladım. Onun bir ucunu ürək bölgəsinə yerləşdirdim və qulağımı o biri ucuna qoyaraq ürəyim döyüntüsünü eşitməyə cəhd etdim. Ürəyin döyüntüsünü aydın eşitdiyim üçün həm sevindim həm də təəccübləndim. Çünki, nəticə təsəvvür etdiyimdən daha da əla oldu. Mən dərhal bu qənaətə gəldim ki, bu vasitə yalnız sinə içərisində səs-küy meydana gəlməsinə səbəb olan bütün hərəkətləri öyrənmək üçün deyil, nəfəs, səs, xırıltı və bəlkə də plevra boşluğuna və ya perikardial kisəyə tökülən mayenin dalğalanmalarını öyrənmək üçün tətbiq edilə bilən qiymətli bir tədqiqat metodu ola bilər".
Əlbəttə ki, uzun müddət qatlanmış bir dəftər istifadə etmək mümkün deyildi və Laennek daha davamlı bir cihaz yaratmaq arzusunda idi. O, bunun üçün qamışdan şabalıda qədər bir çox materialları sınadı. Nəhayyət istədiyini qoz ağacında tapdı(tornaçı cihazının arxasında şəxsən özü durmuşdu!). O, öz ixtirasını "Le Cylindre" - uzunluğu 12 düym və diametri 1,5 düym olan "silindr" adlandırdı.
Laennekin yeni bir alət ilə müayinə etdiyi ilk xəstənin adı Marie Melaniya Basset (Marie Melanie Basset)idi. Sonralar Laennek ixtirasının adını "stetoskop" ("sinənin müayinəçisi") olaraq dəyişdirdi. O icad etdiyi cihazdan istifadə edərək sinə boşluğu xəstəliklərinin əlamətlərini də aşkar etdi, onlara dəqiq bir şərh verdi, klinik məlumatları patoloji nəticələr ilə müqayisə etdi.
1818-ci ilin fevralında Tibb Cəmiyyətinin iclasında o, apardığı araşdırmanın nəticələrini təqdim etdi və 1819-cu ilin aprelində "Dolayı Auskultasiya və ağciyər və ürək xəstəlikləri haqqında traktat" nəşr etdirdi. Onların hər birinə bir nüsxəyə stetoskop əlavə edilmişdi. Traktatda Laennek digərləri ilə birlikdə ilk dəfə olaraq ağciyər vərəminin klinik vəziyyətinin dəqiq təsvirini vermiş və bu xəstəliyin anatomik mənzərəsini təqdim etmişdi. O, vərəm xəstəliyinin sağalma ehtimalını göstərmiş və yara izləri dairələrindən nümunələr vermişdir. Vərəm xəstəliyinin tətqiqi Laennekin həyatı hesabına başa gəlmişdi. O, tədqiqatlar apararkən vərəmli xəstələrin cəsədlərini yarırdı və bu əsnada Parisdəki fəaliyyətinin ilk əvvəlində vərəmli bir xəstəni tədqiqi edərkən baş barmağını zədələmişdi. Barmaqda sonradan tüberküloz yarası meydana gəlmişdir. Laennek yazırdı ki, o, iki dəfə yaranı lapislə (nitrat turşusu) yandırmışdı və yoluxmadığına tam əmin olmuşdur. Lakin o, 21 ildən sonra vərəmdən öldü.
"Kollec de France"nin professoru seçilmiş və Tibb Akademiyasının üzvü olmuşdur, Şaritedə kafedra qəbul etmişdir.
1826-cı il 13 avqustunda Kerluanekdə vərəm xəstəliyindən ölmüşdür.
Xatirəsi
[redaktə | mənbəni redaktə et]- Rene Laennekin adı 1902-ci ildə Sent-Nazarda suya buraxılan yük gəmisi olan yelkənli frigata verilmişdir (sonradan "Oldenburq", hazıda "Suomen Youtsen").
- Laennek küçəsi və Lionda metro stansiyası (Fransa).
Nəşrlər
[redaktə | mənbəni redaktə et]- Propositions sur la doctrine d’Hippocrate, relativement à la médecine pratique, présentées et soutenues à l'École de médecine de Paris, le 22 prairial an XII (tibbi dissertasiya, 1804)
- De l’Auscultation médiate, ou Traité du diagnostic des maladies des poumons et du coeur, fondé principalement sur ce nouveau moyen d’exploration ( iki cilddə, 1819) 1 2
- Traité inédit sur l’anatomie pathologique, ou Exposition des altérations visibles qu'éprouve le corps humain dans l'état de maladie (1884)
- La Guerre des Vénètes : poème épique héroï-comique (1931)
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]Rus dilində
[redaktə | mənbəni redaktə et]- Суворова Р. В. Выдающийся врач Франции (К 175-летию со дня рождения Р. Лаеннека) // Проблемы туберкулёза, 1956, № 4.
- Михайлов Ф. А. Р. Т. Г. Лаэннек (1781—1826) // Клиническая медицина, 1967, т. 45, № 12.
- Ларинский Н. Е. История физикальных методов диагностики / Н. Е. Ларинский, М. А. Бутов, А. В. Сахаров, С. В. Викулин, А. А. Низов; под редакцией М. А. Бутова (посвящается 190-летию открытия Рене Теофиля Гиацинта Лаэннека). — Рязань: РязГМУ, 2007. — 216 с.
Fransız dilində
[redaktə | mənbəni redaktə et]- Commémoration du bicentenaire de la naissance de Laennec (1781—1926). Actes du colloque du Collège de France. — Paris, 1981.
- A. de Corbie. La vie ardente de Laennec, Ed. SP ES. — Paris, 1950, 191 p.
- G. Kervella. Laenneg medisin, Al Liamm. — Brest, 1985.
- R. Kervran. Laennec, médecin breton, Hachette. — Paris, 1955.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Roguin A., Rogers K. René Laënnec // Encyclopædia Britannica (ing.).
- ↑ Şablon:Cite pmid