Reign in Blood
Reign in Blood | ||||
---|---|---|---|---|
Slayer tərəfindən ifa olunmuş studiya albomu | ||||
Növü | studiya albomu | |||
Yayımlanma tarixi | 7 oktyabr 1986 | |||
Yazılma tarixi | iyun–iyul 1986 | |||
Janr | Treş-metal | |||
Müddət | 28:58 | |||
Dil | ingilis dili | |||
Leybl |
|
|||
Prodüser |
|
|||
Slayer albomlarının xronologiyası | ||||
|
Reign in Blood — 7 oktyabr 1986-cı ildə Def Jam Recordings tərəfindən yayımlanan Amerika treş-metal qrupu Slayer-in üçüncü studiya albomu.[1] Albom qrupun səsinin formalaşmasına kömək edən prodüser Rik Rubin ilə Slayer-in ilk əməkdaşlığı idi. Albomun buraxılışı Yosef Menqeleni və onun Auşvitz həbs düşərgəsində insanlar üzərində etdiyi təcrübələri və hərəkətləri izah edən "Angel of Death" adlı albomun açılış mahnısı ilə əlaqədar narahatlıqlar səbəbilə təxirə salınmışdı.[2] Bununla belə, qrupun üzvləri dəfələrlə nasizmi qəbul etmədiklərini və sadəcə mövzu ilə maraqlandıqlarını bildirmişdirlər.[3]
"Reign in Blood" həm tənqidçilər, həm də pərəstişkarlar tərəfindən yaxşı qarşılanmış və Slayer-i populyar metal izləyicilərinin diqqətinə çatdırmaq məsuliyyətini daşımışdı. Albom Anthrax-ın "Among the Living", Megadeth-in "Peace Sells… but Who's Buying?" və Metallica-nın "Master of Puppets" albomları ilə birgə 1980-ci illərinn ortalarında yenicə ortaya çıxan ABŞ treş-metalının formalaşmasına yardım etmiş və həmin vaxtdan indiyə qədər öz təsirini saxlamışdır. Slayer-in ABŞ-nin "Billboard 200" hit-paradına daxil olan ilk işi olan bu albom orada 94-cü pillədə qərarlaşmış və 20 noyabr 1992-ci ildə qızıl sertifikata layiq görülmüşdü. Albom 2013-cü ildə "NME" jurnalının tərtib etdiyi "Tarixin ən yaxşı 500 musiqi albomu" siyahısında 287-ci yerdə olmuşdur.[4]
Mahnı siyahısı
[redaktə | mənbəni redaktə et]№ | Başlıq | Sözlər | Musiqi | Başlığın tərcüməsi | Müddət |
---|---|---|---|---|---|
1. | "Angel of Death" | Ceff Hanneman | Hanneman | "Ölüm mələyi" | 4:51 |
2. | "Piece by Piece" | Kerri Kinq | Kinq | "Parça-parça" | 2:02 |
3. | "Necrophobic" | Hanneman, Kinq | Hanneman, Kinq | "Ölümdən qorxan" | 1:40 |
4. | "Altar of Sacrifice" | Kinq | Hanneman | "Qurbangah" | 2:50 |
5. | "Jesus Saves" | Kinq | Hanneman, Kinq | "İsa xilas edir" | 2:54 |
6. | "Criminally Insane" | Hanneman, Kinq | Hanneman, Kinq | "Cinayətkarcasına dəngəsər" | 2:23 |
7. | "Reborn" | Kinq | Hanneman | "Yenidən doğulmuş" | 2:11 |
8. | "Epidemic" | Kinq | Hanneman, Kinq | "Epidemiya" | 2:23 |
9. | "Postmortem" | Hanneman | Hanneman | "Ölümdən sonra" | 3:28 |
10. | "Raining Blood" | Hanneman, Kinq | Hanneman | "Qan yağışı" | 4:14 |
1998 re-issue bonus tracks
№ | Başlıq | Sözlər | Musiqi | Başlığın tərcüməsi | Müddət |
---|---|---|---|---|---|
11. | "Aggressive Perfector[I]" | Hanneman, Kinq | Hanneman, Kinq | "Aqressiv mükəmməlləşdirici" | 2:30 |
12. | "Criminally Insane (Remix)" | Hanneman, Kinq | Hanneman, Kinq | 3:17 |
"Aggressive Perfector" kompozisiyası Haunting the Chapel mini-albomuna daxil edilmiş versiya ilə müqayisədə daha qısa olmaqla yanaşı, daha təmiz səslənməyə malik idi. Albomun yenidən yayımlanmış versiyasında bəzi əvvəlki CD-lərdəki "Postmortem" mahnısının yüksək templi hissəsindən "Raining Blood" mahnısına keçidi zamanı yaranan problem aradan qaldırılmışdır.[5]
Albom üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Tom Araya — vokal, bas-gitara
- Ceff Hanneman — gitara
- Kerri Kinq — gitara
- Deyv Lombardo — zərb
- Rik Rubin — prodüser
- Lerri Keroll (ing. Larry Carroll) — albom üzlüyü
- Endi Volles (ing. Andy Wallace) — texnik
- Houi Vaynberq (ing. Howie Weinberg) — masterinq
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Touring Blood", Decibel Magazine, aprel 2008, s. 57.
- ↑ Hess, Mike. "Kerry King: Maniac. Guitar Legend. Botanist?". Nighttimes.com. 23 iyul 2003. 11 iyul 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 avqust 2019.
- ↑ Cummins, Johnson. "Slayer's Tom Araya on Satanism, serial killers and his lovable kids". MontrealMirror.com. 25 avqust 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 dekabr 2006.
- ↑ "Rocklist.net NME: The 500 Greatest Albums Of All Time : October 2013". 2017-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-26.
- ↑ "Slayer (US) — Reign in Blood". Metal-archives.com. 2011-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-25.