41°12′57″ şm. e. 47°08′20″ ş. u.HGYO

Qoxmuq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qoxmuq
41°12′57″ şm. e. 47°08′20″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 538 m
Saat qurşağı
Əhalisi
Əhalisi 4.853 nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ5526[1]
Xəritəni göstər/gizlə
Qoxmuq xəritədə
Qoxmuq
Qoxmuq

QoxmuqAzərbaycan Respublikasının Şəki rayonunun Qoxmuq kənd inzibati ərazi dairəsində kənd.[2]

1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 838 nəfər əhali yaşayırdı.[3]

Kəndin əhalisi 4853 nəfər təşkil edir ki, onun da 2470 nəfəri kişi, 2383 nəfəri isə qadındır.

Qoxmuq kənd tam orta məktəbinin binası 1967-ci ildə inşa edilmişdi. O vaxtdan təmir olunmayan bina tədris üçün yararsız vəziyyətdə düşmüşdü. 2013-cü ilin oktyabrında Şəki Şəhər İcra Hakimiyyətinin sifarişi ilə dövlət büdcəsi vəsaiti hesabına 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlanmışdır. 4 noyabr 2015-ci ildə Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak etmişdir.[4]

Yüksək keyfiyyətlə tikilən binada təlim-tədris üçün bütün zəruri şərait yaradılmışdır. Sahəsi 5.277 kvadratmetr olan bina üçmərtəbəlidir. 108 müəllimin çalışdığı məktəbdə 42 sinif otağı yaradılıb, müasir standartlara cavab verən və əyani vasitələrlə təchiz olunan fənn laboratoriyaları qurulub. İnformatika kabineti kompüter avadanlığı ilə təchiz edilib. Hərbi kabinetdə şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Məktəbin kitabxanası dərs vəsaitləri ilə təmin olunub və şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Binanın 240 yerlik akt zalında isə müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan var. Məktəbin binasının ətrafında geniş yaşıllıq zolağı salınıb, həyətyanı sahədə idman meydançası yaradılıb və idman qurğuları quraşdırılıb.[4]

Kənddə Qoxmuq kənd məscidi dini icması fəaliyyət göstərir[5].

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  3. "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 146
  4. 1 2 İlham Əliyev Şəkiyə səfəri çərçivəsində 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi mərasimində iştirak edib Arxivləşdirilib 2021-09-22 at the Wayback Machine. president.az, 04.11.2015  (az.)
  5. MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)