Qotaz
Qotaz — türk və altay xalqlarının inancında insanı "kəm göz"lərdən (şər baxışlardan) qoruduğuna inanılan muncuq. Göz muncuğu.
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Ümumiyyətlə göz muncuqları göz şəklində olar. Gözə eyni zamanda muncuq da deyilməkdədir. Bu məzmunda baxıldığında adamın dünyaya açılan pəncərəsi gözdür və göz hər cür, yaxşı və pis, düşüncələrin ilk çıxış nöqtəsi olaraq qəbul edilir. Buna görə baxışlardan, pis gözlərdən qorunmaq məqsədilə əmici xüsusiyyəti olduğuna inanılan göy rəngli daşlar köhnədən bəri istifadə edilmişdir və son halını günümüzdəki cürbəcür göz muncuqları olaraq almışdır. İndi istər inanc, istər ənənə, istərsə də bəzək əşyası olaraq bir çox adam gözmuncuğunu gündəlik həyatında çox tez-tez istifadə edir. Göz muncuğu edilərkən içinə qurğuşun tökülür. Bunun da yaxşı uğur gətirdiyi deyilər.
Tarixçə
[redaktə | mənbəni redaktə et]Tarixdəki türk birliklərində göz muncuğuna Bonçuq, Boncuq, Munçuq, Moncuq, Monşaq, Monçaq, Monçoq, Muyınçaq kimi adlar verilmişdir və bu adlandırmaların bəziləri bu gün də bir sıra xalqların dillərində iştirak etməkdədir. Bunlar adamın və ya atın boynuna ilişən qiymətli daş, aslan dırnağı, tilsim kimi şeylərdir. Attila xanın atasının adı da Muncuqdur. Türk xalq inancında Albıs, Göycə Muncuqdan çox qorxar, göz muncuğu anlayışının kökündə bu anlayış yatar.
Qotaz sözü də yenə bu mənada istifadə edilən başqa bir sözdür. Gözün diqqətini başqa istiqamətə çəkməsi səbəbiylə qorunduğu məntiqi önə sürülür. Çox qüvvətli nəzərlərin qotazları (göz muncuqlarını) çatlatdığı, hətta parça-parça etdiyi izah edilər. Söz olaraq "müqəddəs obyekt" mənasını verər. Köşgük və Çom adlandırmaları da eyni mənada istifadə olunur və nəzərlik deməkdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.)