Qolbol
Qolbol (ing. Goalball) — görmə qüsurları olanlar tərəfindən oynanılan idman növü. 1946-cı ildə Avstriyalı Hanz Lorenzen və alman Sepp Renidl tərəfindən müharibədə gözlərini itirmiş döyüşçülərin reabilitasiyası üçün icad edilmişdir.[1] İlk dəfə Kanadada, 1976 Yay Paralimpiya Oyunlarında tanıdılmış və 1980 Yay Paralimpiya Oyunlarında proqrama əlavə edilmişdir.[2] Bundan etibarən, hər paralimpiya oyunları və çempionatında qolbol oyunu oynanılır.
Oyunun qaydası
[redaktə | mənbəni redaktə et]Oyun hər biri üç nəfərlik iki komanda ilə oynanılır. Hər komandada maksimum üç əvəzedici var. Oyun mərkəz xətti ilə bölünən düzbucaqlı gimnaziya meydançasında oynanılır. Hər bir komandanın yalnız öz meydançasında hərəkət etmək hüququ var. Hər qapının önündə olan, əllə hiss edilə bilən cizgilər paralimpiyaçı oyunçuların özlərini yönləndirməsini təmin edir. Qollar meydançanın hər iki ucuna atılır. Oyun "Bellbol" adlı bir topla oynanılır. Oyunun məqsədi hər bir komandanın topu rəqibin qapı xəttindən qarşı tərəfin müdafiəsinə qarşı yuvarlamasıdır. Top havadan atılırsa, səsini eşitmədiyi üçün yerdən getməlidir. Top havaya atıldıqda qayda pozuntusu edilir, təxminən 50 dəqiqəlik oyundan sonra daha çox qol vuran tərəf qalib gəlir.[3][4][5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.ibsa.es/eng/deportes/goalball/presentecation.htm}}[ölü keçid]
- ↑ http://news.bbc.co.uk/sport2/hi/other_sports/disability_sport/3841085.stm}}[ölü keçid]
- ↑ Türkiyə Paralimpiya Oyunları Federasiyası. "Qolbol haqqında məlumat". www.gesf.org.tr (türk). 2016. Archived from the original on 2021-06-12. İstifadə tarixi: 12.06.2021.
- ↑ Beynəlxalq Göz Qüsurları Oyunları Federasiyası. "Qolbol oyununun qaydası ilə bağlı kitabça" (PDF). www.gesf.org.tr (türk). 2016. Archived from the original on 2021-06-12. İstifadə tarixi: 12.06.2021.
- ↑ Yavuz Qocaömər. "Qolbol". www.web.archive.org (türk). 16.09.2016. 20.10.2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12.06.2021.