35°48′00″ şm. e. 137°15′00″ ş. u.HGYO

Qero

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qero
yap.
Bayraq
Bayraq
35°48′00″ şm. e. 137°15′00″ ş. u.HGYO
Ölkə  Yaponiya
Region [[Çubu regionu]]
Prefektura [[Gifu prefekturası]]
Mer Noboru Yamauchi
Tarixi və coğrafiyası
Əsası qoyulub 1 mart 2004
Sahəsi 851,06 km²
Saat qurşağı UTC+9
Əhalisi
Əhalisi 33 719 nəfər (2015)
Sıxlığı 40 nəf./km²
Milli tərkibi yaponlar
Rəsmi dili yapon dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +81 0576-24-2222
Poçt indeksi 509-2295
Digər
city.gero.lg.jp  (yap.)
Xəritəni göstər/gizlə
Qero xəritədə
Qero
Qero
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qero (下呂市, Gero-shi?) — Yaponiyanın Gifu prefekturasından yerləşən şəhər. Şəhər isti bulaqları ilə məşhurdur. Şəhərin içindən Hida çayı axır.

2015-ci ilin məlumatına görə şəhərin əhalisi 33.719 nəfərdir,[1] hər km² ərazidə 40 nəfər yaşayır. Şəhərin sahəsi 851,06 km²-dir.

Şəhərin simvolik ağacı ağcaqayın, simvolik gülü Satsuki azaliyasıdır.[2]

Qero Şəhər Zalı.
Qero stansiyası.

Müasir Qero şəhəri 2004-cü ilin 1 martında keçmiş Qero şəhərinin, Haqivara, Kanayama və Osaka şəhərlərinin və Maze qəsəbəsinin (hamısı keçmiş Masita qəzasının tərkib hissəsi idilər) birləşdirilməsi nəticəsində yaradılıb.

Qero sənayesinin əsasını turizm təşkil edir. Şəhərin yaxınlığında yerləşən məşhur onsenlər hər il turist axınına məruz qalır. Meşəçilik və kənd təsərrüfatı da yerli sənayedə əhəmiyyətli yer tutur. Onsenlərin yaxınlığında çox otel var, turistlər bu otellərdə dincələ bilərlər. Otellərdə böyük hamamlar fəaliyyət göstərir. Bəzi otellərdə ziyarətçilərə yerli geyim növü olan yukatalar verilir. Buna görə də Qero küçələrində və mağazalarında yukata geyinmiş insanları tez-tez görmək olar. Bu otellərdən başqa, qatar stansiyalarının, yaşayış bölgələrinin yaxınlığında yerləşən ucuz və rahat onsen kurortları da mövcuddur.

Yerli hökumət

[redaktə | mənbəni redaktə et]

Şəhərin meri Makoto Namuradır. O, şəhərin ikinci meridir və xidməti dördillikdir. Əvvəl fəaliyyət göstərmiş mer isə Ryodzi Yamada idi.

Şəhər şurası müxtəlif qəzalardan seçilmiş 21 nəfərdən ibarətdir. Hər il dörd dəfə şəhər şurasının sessiyası keçirilir: martda, iyunda, sentyabrda və dekabrda.

Əvvəlki şəhərlərlə birləşdiyinə görə Qero şəhərində Central Japan Railway Company-ə məxsus Takayama xəttinə aid 8 stansiya yerləşir. Xətt:

Şəhərdən 3 milli avtomaqistral (41, 256 və 257) və 14 prefektural avtomaqistral keçir.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]
  1. "岐阜県の人口・世帯数人口動態統計調査結果". Gifu prefectural website (Japanese). Gifu Prefecture. October 10, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 11, 2011.
  2. "市章と市の花・木". Gero official webpage (Japanese). 7 May 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 August 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]