Qaval
Qaval | |
---|---|
| |
Hornbostel–Zaks təsnifatı | 211.311 |
Mənşə ölkəsi | Azərbaycan |
Vikianbarda əlaqəli mediafayllar |
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir.
Quruluşu
[redaktə | mənbəni redaktə et]Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir.
Azərbaycan musiqisində qaval
[redaktə | mənbəni redaktə et]Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir. Bir çox Şərq ölkələrində, məsələn, Orta Asiya xalqları arasında qavalın müxtəlif ölçülü növləri geniş yayılmışdır. Qaval Ü. Hacıbəyov tərəfindən xalq çalğı alətləri orkestrinin tərkibinə əsas alət kimi daxil edilmiş, onun ilk not partiyasını da bəstəkar özü yazmışdır. İfaçı qavalı hər iki əllə tutaraq barmaqlarla və şapalaqla ifa edir.
Qavalın hazırlanması
[redaktə | mənbəni redaktə et]Qaval barmaqlarla ifa edilir. Geniş ifaçılıq imkanlarına malik olan bu alətdə trel, tremola, mordent və başqa çalarlar almaq mümkündür. Rəng, dəraməd, təsnif və zərbi muğamların üçlük tərəfindən ifası zamanı qavalın iştirakı mütləqdir. Qoz ağacından hazırlanmış sağanağın içəri hissəsinə çevrəsi boyu 60–70 ədəd xırda mis halqalar bərkidilir. Üzünə xüsusi üsulla aşılanmış nərə balığının dərisi çəkilir. Balıq dərisi nazik və şəffaf olduğundan onun səs tembri olduqca məlahətlidir. Eni 60–75 mm, diametri 350–450 mm olur.
Qavaldan istifadə
[redaktə | mənbəni redaktə et]Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir. Bir çox Şərq ölkələrində, məsələn, Orta Asiya xalqları arasında qavalın müxtəlif ölçülü növləri geniş yayılmışdır.
Qaval bütövlükdə membranlı alət olsa da, onun idiofonlu alətlərə məxsus əlamətləri də vardır. Onun sağanağından asılmış metal halqalar, bəzi hallarda dörd kiçik zınqırov, silkələnərək təkrarolunmaz səs tembri yaradır. Qaval Üzeyir Hacıbəyov tərəfindən xalq çalğı alətləri orkestrinin tərkibinə əsas alət kimi daxil edilmiş, onun ilk not partiyasını da bəstəkar özü yazmışdır. Ifaçı qavalı hər iki əllə tutaraq barmaqlarla və şapalaqla ifa edir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Aserbaidschan — Land des Feuers, Broschiert: 294 Seiten, Verlag: Reimer; Auflage: 1., Aufl. (August 2008), Sprache: Englisch, Deutsch, ISBN-10: 3496028203, ISBN-13: 978–3496028208
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- musiqi alətlər--aztr [ölü keçid]
- Azərbaycan çalği alətləri--aztr Arxivləşdirilib 2008-03-11 at the Wayback Machine