32°45′36″ şm. e. 35°31′37″ ş. u.HGYO

Qalileya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qalileya
32°45′36″ şm. e. 35°31′37″ ş. u.HGYO
Ölkə
Xəritəni göstər/gizlə
Qalileya xəritədə
Qalileya
Qalileya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qalileyanın xəritəsi
Qalileya təqribən e. 50-ci illərdə
Yuxarı Qalileyada Roş Pindən Svata gedən köhnə yol

Qalileya (ivr.הַגָּלִיל‏‎, ha-Qalil, «əyalət, dairə, ərazi sahəsi»; ərəb. الجليلəl-Cəlil) — İsrailin şimalında Livan ilə sərhəddə yerləşən tarixi bir bölgə. Qərbdə Aralıq dənizi, cənubda İsrail vadisi və şərqdə İordan vadisi ilə həmsərhəddir. Ənənəvi olaraq Yuxarı və Aşağı Qalileyaya bölünür.

Qalileya eramızın I əsrində

Eramızdan əvvəl III minillikdə Qalileyada kənanlar məskunlaşdılar. Onların ən böyük mərkəzi Hasor idi. Eramızdan əvvəl II minillikdə burda hürrilər, hetlər və qədim misirlilər peyda oldular. Sonradan ölkə İsrail qəbilələrinin nəzərinə düşür və İsrail krallığının bir hissəsi olur. Eramızdan əvvəl 722-ci ildə Qaliley Assuriya dövlətinin bir hissəsi olur. Onlar yerli əhalini qovulur və yerinə Assuriya kolonistləri köçürülür. E.ə. 539-cu ildə Qalileya Əhəmənilər dövlətinin hakimiyyəti altına keçir. E. ə.333-cü ildə Makedoniyalı İskəndərin qoşunları Qalileyanı farsların əlindən alır. Bundan sonra burda yunan və makedoniyalı kolonistlər məskunlaşmağa başlayır. Bu dövrdən sonra Qalileya eramızdan əvvəl 63-cü ilə qədər Roma İmperiyasının fəthinədək ərazi ellinist sülalələri (Misir Ptolemeyləri və Suriya Selevkiləri) arasında bir neçə dəfə əldən-ələ keçir.

Roma fəthinə qədər Qalileya dəfələrlə yəhudi krallığı tərəfindən qarət edici basqınlara məruz qalır. Eramızın I əsrində qalileyalı Yəhuda bir neçə yəhudi kahinlə birlikdə Sepforis şəhərində Roma qoşunlarının Qalileyaya gəlməsinə səbəb olan üsyan etdilər, nəticədə imperiya ordusu şəhəri viran etdi, yerli əhalinin əksəriyyətini öldürdü və qalanlarını isə kölə kimi satdılar. Eramızın 70-ci illərində Müqqədəs Məbəd və Qüds dağıdılandan sonra yəhudilərin viran edilmiş Qalileyaya kütləvi köçü başlayır. Qalileya və Samariyanın məskunlaşması başlanılır. Sinaqoqlar qurulur və qəsəbələr yaradılır. 636-cı ildə Qaliley xilafətin İordaniya əyalətinə daxil edilir.

İncildə Qalileya

[redaktə | mənbəni redaktə et]

Çar Solomon Tira (Livan) şahzadəsi Xirama Qalileyanın 20 şəhərini verdi.

Büdpərəst Qalileya (lat. Galileae gentium; yun. Γαλιλαία τῶν ἐθνῶν) İsayi peyğəmbər tərəfindən xatırlanır.

İsa Məsihin dövründə Qalileyalı yəhudilər Yəhudi torpaqlarının sakinlərindən fərqlənən xüsusi bir ləhcəyə sahib idilər. Həvarilərin əksəriyyəti qalileyalılar idi. Əsas Qalileya şəhərləri Vivsaida (həvarilər - Andrey, Filip və Pyotrun şəhərləri), Qalileya Kannası (həvari Nafanail) və Nazaret (İsa peyğəmbər uşaqlığını keçirmişdi) idi. Müjdəçi Matfeyə görə zühur etmədən əvvəl mələk, sonra isə İsa peyğəmbər həvariləri Qalileyaya göndərmişdi. Həvari Pavelin dövründə Qalileyada kilsələr mövcud idi.

Adın mənşəyi

[redaktə | mənbəni redaktə et]

"Qaliley" sözü qədim ibrani mənşəlidi - Q-L-l (ivr.גלל‏‎), "yuvarlanmaq", "dalğa" mənasını verir. Adın mənşəyinin bir neçə versiyası var: onlardan biri ərazinin dağlıq təbiəti ilə izah edilir (qal - dalğa), digəri isə onu ibrani kəlməsi "qalil" (ivr.גליל‏‎) "dairə", "yer" ilə əlaqələndirirlər. Üçüncü versiyaya görə "qola" (ivr.גולה‏‎) sözündən irəli gəlir - eyni kökdən çıxarmaq, dağılmaq. İkinci və üçüncü versiyalar bu ərazinin Əhdi-Ətiqdə "Qlil ha-Qoim" (ivr.גְּלִיל הַגּוֹיִם‏‎) kimi qeyd olunması ilə əlaqələndirilir. Bu söz "xalqlar dairəsi" və ya "fərqli xalqların səpələndiyi bir yer" mənasını verir.

Yuxarı Qalileyada Ari dağından görünüş
Harod vadisindən görünüş
Sfat